Məktəb direktoru qonaqlıq verdi, evindən 15 min manat yoxa çıxdı, oğru kim olsa yaxşıdır? – Rüsvayçılıq

24.12.2020 - 10:57

Qusarda məktəb direktoru Zaur Məlikovun evindən 15 min manat yoxa çıxıb. Bundan sonra direktor polisə müraciət edib və ortaya çıxanlar direktoru çətin vəziyyətə salıb. Bu haqda facebook Elçin Bayramov adlı istifadəçi yazır.

Sitat: Bir müddət əvvəl Qusar Rayon Mucuq kənd məktəbinin direktoru Zaur Məlikov oğlu Kənan üçün universiteti bitirməyi münasibətilə 40-45 nəfərlik məclis təşkil edib.

Məclisdən sonra direktorun evindən 15 min manata yaxın pul itib.

Zaur Məlikov həmin vaxt evinə gələn, daha doğrusu çağırdığı qonaqlardan şübhələnib və hamısını polisə verib. Polis hər birini çağırıb şübhəli şəxs qismində ifadə alıb.

Bir müddət sonra pulun bir hissəsi, yəni 5 min manatı olduğu yerdə peyda olub.
Məlum olub ki, direktorun oğlu Kənan pulu oğurlayıb. 5 min manatı isə görün hara xərcləyib. Deməli, o, qonşu Həzrə kəndindən bir qız sevirmiş. Qızın da universitetdə kəsrləri olub. Oğlan pulu qıza, qız da universitetə verib kəsrləri bağlatdırıb. Yerdə qalan 5 min manat isə hələ də tapılmayıb.

İndi Zaur Məlikovun polisə verdiyi müəllimlər, qohumlar hamısı ondan izahat tələb edir ki, oğrunu açıq-aydın üzə çıxarsınlar, biz mənəvi zərbə almışıq, adımız bizə aidiyyatı olmayan oğurluqda hallanıb.

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə sorğu ilə müraciət edib. Veriləcək cavabı təqdim edəcəyik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158772

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930