BAAU-da Zəfər Günü ilə bağlı beynəlxalq tədbirə start verilib

31.10.2021 - 12:01

Ötən il Azərbaycan-Ermənistan arasında baş verən 44 günlük müharibənin nəticəsində Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Əldə edilən bu qələbə münasibətilə noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. 8 noyabr Zəfər Günü ilə bağlı Bakı Avrasiya Universitetinin təşəbbüsü ilə torpaqlarımızın düşmən işğalından azad olunmasına həsr olunan beynəlxalq səviyyəli tədbirə start verilib. Tədbirə ölkəmizdəki universitetlərin təmsilçiləri ilə yanaşı Türkiyə Cümhuriyyətinin Sağlık Bilimleri Universitetinin rektoru Cevdet Erdöl, Kütahya Dumlupınar Universitetinin rektoru Kazım Uysal, Bilecik Şeyh Edebali Universitetinin rektoru Şükrü Beydemir, Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçi, Bolu Abant İzzet Baysal Universitetinin rektoru Mustafa Alişarli, Kütahya Dumlupınar Universitetinin prorektoru Atilla Batur, Bolu Abant İzzet Baysal Universitetinin Beynəlxalq əlaqələr ofisinin müdiri İbrahim Kürtül, Bilecik Şeyh Edebali Universitetinin prorektoru İlhami Yurdakul, Çankırı Karatekin Universitetinin prorektoru Hüseyin Odabaş da qatılacaqlar. Elm və təhsil xadimlərinin iştirakı baş tutacaq üç günlük tədbir zəngin proqrama malikdir və müxtəlif fəaliyyətlər yer alır. Tədbirlər proqramında Fəxri Xiyaban və Şəhidlər Xiyabanının, Şamaxıda naməlum türk məzarının və  Şamaxı Cümə Məscidinin ziyarəti, İsmayıllı rayonunun Lahıc qəsəbəsinə və “Atəşgah məbədi” dövlət tarixi-memarlıq qoruğuna səfər və s. nəzərdə tutulmuşdur. Bütün bunlarla yanaşı Bakı Avrasiya Universitetinin rektoru ilə görüş və əməkdaşlığa dair müqavilələrin imzalanması, Yunus Əmrə İnstitutunda görüş də planlaşdırılmışdır. Bütün bunlarla yanaşı “Qarabağ Azərbaycandır mövzusunda” beynəlxalq konfrans da keçiriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167948

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930