“Azərbaycanım” beynəlxalq jurnalı dövlət başçısını ad günü münasibətilə təbrik edib

23.12.2021 - 23:32

“Azərbaycanım” beynəlxalq jurnalı dövlət başçısını ad günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:

Hörmətli cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

Sizin sərkərdəliyinizlə Vətən Müharibəsində şanlı zəfər qazanan xalqımızın qələbə sevinci ilə yaşadığı, qurub-yaratdığı, öz tarixinin yeni mərhələsinə qədəm qoyduğu bir şəraitdə Sizi ad gününüz münasibətilə təbrik etmək xüsusi rəmzi məna daşıyır.

2003-cü ildə ilk dəfə dövlət başçısı seçiləndə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik dəyərlərini uca tutaraq bəyan etdiyiniz böyük hədəflərə çatmaq üçün həm beynəlxalq miqyasda, həm də ölkə daxilində ardıcıl siyasət həyata keçirirsiniz. Ölkəmizi bugünkü qələbəyə çatdıran Güclü Dövlət Konsepsiyasının gerçəkliyə çevrilməsi bu siyasətin möhtəşəm təntənəsini nümayiş etdirir. Bu böyük yolda ən böyük enerji qaynağı Dövlət-Xalq birliyi və bütövlüyüdür. Vətən müharibəsində şanlı Ordumuzun dünyaya nümunə olan qəhrəmanlığının və şanlı zəfərinin başlıca ilham mənbəyi də bu birlik və bütövlükdür.

Sizin rəhbərliyinizlə ölkəmiz qısa müddət ərzində böyük tarixi yol qət etmiş, möhtəşəm uğurlar qazanmışdır. Elan etdiyiniz və uğurla davam edən iqtisadi və siyasi islahatlar tərəqqi yolu ilə yeni zirvələrə doğru irəliləyən Azərbaycan dövlətinin daha da güclənməsi üçün etibarlı təməl təşkil edir.

Sizin qətiyyətli siyasi mövqeyiniz, Azərbaycan xalqının birlik və həmrəyliyi, Azərbaycan Ordusunun gücü və qüdrəti, Azərbaycan əsgərinin igidliyi, şəhidlərimizin canı, qanı, qazilərimizin sağlamlığı bahasına qazanılan qələbə müasir müstəqil Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazıldı.

İndi Azərbaycan xalqı böyük abadlıq-quruculuq işlərini davam etdirməklə Sizin rəhbərliyinizlə dağıdılmış, talan edilmiş Qarabağı bərpa edir, Qarabağ dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.

Ölkəmizdə həyata keçirilən sosial siyasət hər bir vətəndaşın həyat səviyyəsinin yüksəlməsinə, Azərbaycanın sosial dövlət kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti kimi ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafında böyük xidmətləriniz ölkəmizin hər bir vətəndaşı üçün qiymətlidir.

Hörmətli cənab Prezident!

“Azərbaycanım” beynəlxalq jurnalının kollektivi adından Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayırıq!

SİZ AZƏRBAYCANIN ZƏFƏR VƏ QƏHRƏMANLIQ SİMVOLUSUNUZ!!!

Emil NƏSİRLİ,

“Azərbaycanım” beynəlxalq jurnalının Baş redaktoru, 

Beynəlxalq Elmlər Akademiyasının Fəxri Akademiki

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168997

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930