Neftçalalı fermer fəryad edir:”Təsərrüfatımız batır”

03.03.2022 - 14:35

Kürün Xəzərlə birləşdiyi hissədə, əsasən Neftçala rayonu ərazisində çay suyunun azalması narahatlıq yaradıb. Neftçalanın Bankə qəsəbəsindən olan fermer İsbat Bayramov deyir ki, rayondakı təsərrüfatlar buna görə böyük zərər görür. Əgər müvafiq dövlət orqanları qısa müddətdə tədbir görməsələr, əhali acınacaqlı vəziyyətdə qalacaq. Cumhuriyyet.az bildirir ki, 30 yaşlı təsərrüfatçı Kürün dənizə töküldüyü ərazinin təxminən bir kilometrliyində heyvandarlıqla məşğuldur. Onun sözlərinə görə, fermerlər çox ciddi su problemi ilə üzləşib.
“Kürün səviyyəsi aşağı düşdüyünə görə çay dənizə axmır. Yəni Kür dənizə tökülməkdən, dənizin suyu çaya tərəf gedir. Bu da suyu çox şorlaşdırır. Mal-heyvan suya yaxın gedə bilmir, zəhər kimidi. Heyvanlar bu suyu içəndə də qızdırırlar. Tək mən deyiləm, başqa fermerlər də bundan əziyyət çəkirlər”, – gənc fermer belə deyir.
Problem son bir həftədə lap ciddiləşib. Bir tərəfdən Kürün səviyyəsi azalıb, digər yandan da kəskin xəzri küləyinin əsməsi dəniz suyunu çaya istiqamətləndirir. Sıxıntı təkcə Bankə qəsəbəsinin sakinləri üçün yaranmayıb. Neftçalanın Kür sahili kəndlərində  evlərə su şor halda gəldiyi üçün içməkdən imtina etməyə məcburdular.
İsbat Bayramov deyir ki, Neftçala Rayon İcra Hakimiyyəti problemdən xəbərdardır: “İcra başçısı Mirhəsən Seyidov “Azərsu” ilə birlikdə tədbir görüb əhalini birtəhər içməli su ilə təmin etməyə çalışır. Bəs mal-qara necə olsun? Təsərrüfatımdakı heyvanlar susuzluqdan xəstəlik tapır, tələf olur. Sübh adası adlanan yerdə adamlar evlərindən suyu daşıyıb, inəklərə, camışlara verirlər”.
İsbat Bayramov təsərrüfatında 3 minə qədər mal-qara olduğunu bildirir. Amma ümumilikdə xeyli sayda heyvan saxlanılır. Fermerin fikrincə, dövlət başçısı məsələyə müdaxilə edib bir əncam çəkməsə, daha ağır vəziyyət yaranacaq: “Məncə, prezidentimiz problemdən xəbər tutsa, biganə qalmayacaq. Mingəçevirdən su açılmalıdır ki, suyun səviyyəsi artsın”.
Fermer deyir ki, Neftçalanın deputatı Sabir Rüstəmxanlıya müraciət edib. İsbat Bayramov onun problemi həll etmək üçün çox çalışdığını bildirir: “İnsafən, məsələ ilə maraqlanıb, müəyyən işlər görüb. Sağ olsun ki, vaxt ayırıb. Çox pis vəziyyətə qalmışıq. Təsərrüfatımız batır. Bunun axırı necə olacaq, bilmirik. Allah özü insanların dadına çatsın. Camaat çox narahatdır, əziyyət çəkirlər. Başqa fermerlər də müxtəlif dövlət orqanlarına müraciət ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat da veriblər. Hələ ki, qəti bir söz deyən yoxdur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171422

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930