Putin Zelenskinin məktubunu zibil qabına ATDI

30.03.2022 - 16:07

Ukrayna lideri Volodimir Zelenski bu ayın əvvəlində Rusiya Prezidenti Vladimir Putinə məktub yazıb. İddialara görə, Zelenskinin məktubunu Putinə rusiyalı oliqarx Roman Abramoviç çatdırıb.

Modern.az “The times” nəşrinə istinadən xəbər verir ki, Abramoviç Putinlə görüş zamanı məktubu ona gizli şəkildə vermək istəyib. Putin isə buna sərt reaksiya verib.

İddialara əsasən, Putin Abramoviçdən Zelenskiyə məktubu zibil qutusuna atacağını söyləməsini istəyib.

Məktubda Zelenskinin iki ölkə arasında sülh istəkləri yer alıb.

Məktubda, həmçinin Zelenskinin fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə son qoymağa razılıq verəcəyinə dair şərtlər də sadalanıb. Lakin Putin məktubu qəbul etməyib və onu zibil qutusuna atıb.

Xatırladaq ki, bir müddət əvvəl Prezident Zelenski ABŞ-dan milyarder R.Abramoviçin Putinlə vasitəçilik etmək potensialına görə, onu sanksiya siyahısına daxil etməməyi xahiş edib. Ağ Ev sanksiyalar siyahısını hazırlayan Xəzinədarlıq Departamentinə Ukrayna liderinin xahişini çatdırıb, nəticədə Abramoviç və onun şirkətlərinin “qara siyahı”ya salınmasının qarşısı alınıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172374

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930