Mübariz Mənsimovdan hər kəsə örnək – FOTO

30.03.2022 - 19:26

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimovun təşəbbüsü ilə bu holdinqə məxsus gəmilərdən birinə Milli Qəhrəman Polad Həşimovun adı verilib.
Mübariz Mənsimov Polad Həşimovun adını daşıyan, 140 metr uzunluğunda olan nəhəng gəminin şəklini sosial şəbəkələrdə paylaşıb.
“Xeyirli, uğurlu olsun. Şəhidlərimizin ruhu şad olsun”,-deyə o, öz paylaşımını şərh edib.
Qeyd edək ki, Mübariz Mənsimovun dəvətilə şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım İstanbula gedərək, gəminin təqdimatında iştirak edib.
Ötən gün Səmayə ana “Palmali” şirkətinin ofisində Mübariz Mənsimovun qonağı olub. Mənsimovun şəhid anasının qarşısında baş əyərək, onun əlini öpməsini əks etdirən fotoşəkil sosial şəbəkələrdə böyük izləyici kütləsi tərəfindən rəğbətlə qarşılanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172468

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930