Prokurorluqdan bu saytlara XƏBƏRDARLIQ

01.04.2022 - 11:54

Baş Prokurorluq tərəfindən dəfələrlə media nümayəndələrinə müraciət edilərək təhrif olunmuş, rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunsa da, təəssüf ki, bəzi media subyektləri tərəfindən peşəkar jurnalistika fəaliyyətinə riayət edilmədən bu növ məlumatlar yayılmaqdadır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Belə ki, 31 mart 2022-ci ildə “gazet.az” və “manset.az” media subyektləri tərəfindən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən 3 saylı tam orta məktəb binasının uçması nəticəsində 20-dən artıq şəxsin ölməsi və çox sayda yaralıların olması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bununla da “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, eləcə də “Media haqqında” Azərbaycan Respublikası Qanunlarının tələbləri pozulub.

Qeyd olunanları nəzərə alaraq, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin tələblərinə əsasən həmin internet informasiya resurslarına prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bir daha media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş, suni ajiotaja səbəb ola biləcək məlumatların yayılmaması xahiş edilir. Bildirilir ki, bundan sonra da bu kimi hallara qarşı qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172588

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930