Bacı qardaşının çirkin əməllərinə görə İcra Başçısından ÜZR İSTƏDİ

05.04.2022 - 09:02

Xüsusən son illərdə İnternet – eləcə də sosial şəbəkələr həyatımızın vacib və ayrılmaz elementinə çevrilmişdir. Odur ki, müzakirə mövzusu olan önəmli məsələlərdən biri də sosial mediada şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtanın yaratdığı məsuliyyətlə bağlıdır.

Azərbayan Respublikasının Konstitusiyasının 46-cı maddəsində qeyd edildiyi kimi, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır və şəxsiyyətin ləyaqəti dövlət tərəfindən mühafizə edilir. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Qazax rayonu və rayon rəhbərliyi üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Uzun müddət Qazax rayonunda rəhbərliyi gözdən salmaqla rayon rəhbərliyinə iddialı olan şəxslər, yekunda ağır məğlubiyyətə uğrayaraq Qazaxdan rədd olub getdilər. İndi də uzaq məsəfələrdən çirkin niyyətləri üçün istifadə etdikləri dost-aşnalarını yenidən səfərbər ediblər ki, bəlkə heyf çıxa bilsinlər. Əslində ölkə boyu bütün sayt və digər KİV-lər yaxşı fərqindədirlər ki, Qazaxda böyük inkişaf və müsbətə doğru addımlar atılır. Buna görə də heç kəs, yəni vicdanı olan kəslər yalana, böhtana baş vurmağın mənasız olduğunu dərk edərək, Qazax haqqında uydurmalara baş qoşmurlar.

Bir müddət öncə sosial şəbəkələrdə Qazaxın tarixi-memarlıq abidələrindən biri sayılan “İsrafil Ağa” hamamının söküldüyü iddia olunurdu. Bir tərəf söküldüyünü, digər tərəf abidənin tarixi mahiyyətinin geri qaytarılması üçün təmir olunduğunu yazırdı.

Qazax şəhər Ə.Şıxlınski küçəsi 14 nömrəli evin sakini Məmmədova Nərminə Yusif qızı qardaşı Eldəniz Yusif oğlu Əzimovun müxtəlif sosial şəbəkələrdə yazdığı və paylaşdığı yazılara görə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova müraciət edib.

Redaksiyamıza təqdim olunan məktubu sizlərə olduğu kimi təqdim edirik:

Hörmətli Rəcəb Babaşov!

Mənim sizə bu məktubla müraciət etməyimə səbəb son vaxtlar qardaşım Eldəniz Yusif oğlu Əzimovun müxtəlif sosial şəbəkələrdə yazdığı və paylaşdığı yazılarla bağlıdır. Mən hər dəfə bu böhtan dolu, heç bir əsası olmayan yazıları oxuyanda xəcalət çəkir, utanıram. Utanıram ki, mən belə bir adamın bacısıyam.
İlk növbədə onu qeyd edim ki, onun bu hərəkətlərini, yazdığı yazıları bir bacı kimi heç cürə qəbul edə bilmir, çarəsiz qaldığım üçün lənətləyirəm. Çarəsiz ona görə deyirəm ki, məni eşitmədiyinə görə bir neçə ildir onunla bütün əlaqələrimi kəsmişəm. Çünki o, nə söz başa düşən, nə bir düzgün yol seçən, nə də adamı eşidəndir. Ona görə də neçə ildir ki, başına saysız-hesabsız işlər gəlmişdir.

Qardaşım son vaxtlar yenə də böhtan atmağa, ləkə yaxmağa, sosial şəbəkələrdə heç bir əsası olmayan yazılarla çıxış etməyə başlamışdır. Onun bu hərəkətləri ailəmizin, qazaxlıların adına bir utancdır. Çünki belə, heç bir həqiqətə söykənməyən yazılar adamın başını aşağı edir, camaat arasında rüsvay oluruq. Özü bir yana, o, bu cür hərəkətləri ilə bizi də rüsvay edir.

Eldəniz yazır ki, hamama küllü miqdarda pul xərcləmişəm. Tam yalandır. Ona görə yalandır ki, əgər onun pulu olsaydı özünə bir ev tikdirər, başqa faydalı bir işlə məşğul olardı. Daha ona-buna ləkə atmazdı. Görəsən hamamdan bu neçə ildə qazandığı pullardan niyə danışmır? Əgər düzgün adamdırsa qoy onu da desin.

Hörmətli Rəcəb Babaşov!

Eldənizin ən böyük bağışlanılmaz günahı onun sosial şəbəkələrdə şəhid ailələrinin adından istifadə etməsidir. Görəsən Eldəniz o qədərmi Allahsızdır ki, öz çirkin əməlləri üçün şəhid ailələrinin adından istifadə edir. Onun bu hərəkətləri bağışlanılmazdır. Ona görə də mən bir ana kimi, qazaxlı bir qadın kimi bütün şəhid ailələrindən üzr isdəyirəm. Mən bu üzrxahlığımı şəhid ailələri ilə görüşüb onlara da çatdıracağam. Eldənizin başqa bir bağışlanmaz hərəkəti isə sosial şəbəkələrdə Qazax ziyalılarının adından istifadə etməsi, onların adından fikir bildirməsidir. Qazax rayonu tarixi boyu öz ziyalıları ilə tanınıb və bu gün də tanınmaqdadır. Çünki bu torpaq ziyalıların vətənidir. Eldənizin ziyalıların adına ləkə vurduğuna, onların adından istifadə etdiyinə görə də mən bütün qazaxlı ziyalılardan üzr istəyirəm.
Hamam barədə isə onu qeyd edim ki, bu tarixi binanın Mədəniyyət Nazirliyinə verilməsini bəyənir və alqışlayıram. Çox yaxşı oldu, bəlkə bundan sonra bina əsl tarixi abidəyə çevrilə, öz tarixi missiyasını yerinə yetirə bilə. Qazanc mənbəyi olmaqdan, çirkin əməllərin yuvasına çevrilməkdən qurtula.

Hörmətli Rəcəb Babaşov!

Böyük ziyalı, tanınmış alim, diplomat, ölkəmizin tanınmış ağsaqqalı, xeyirxah insan Hafiz müəllim Paşayevin Qazaxda Müəllimlər Seminariyasının binasını yüksək səviyyədə təmir və bərpa etdirib xalqın istifadəsinə vermək xəbərini eşidəndə çox sevindim. Bu böyük maarifçilik ideyasına, tariximizin bir parçasını yenidən bərpa etdirdiyinə görə bir qazaxlı kimi Hafiz müəllimə öz dərin minnətdarlığımı bildirirəm. Allah köməyi olsun.

Qardaşın yerinə üzr istəmək bacıya düşər. Ona görə bir daha Eldənizin hərəkətlərinə görə Sizdən üzr istəyirəm.

Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli 123s nömrəli Sərəncamına əsasən, Qazax Rayon İcra Hakimiyyəti Qazax şəhər Kommunal Müəssisələri Kombinatının balansında olan, Qazax şəhəri, Şəhidlər Xiyabanı küçəsində 500.0 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 417.0 kv.m təşkil edən yerli əhəmiyyətli memarlıq abidəsi olan 1 №-li hamam binası (“İsrafil Ağanın hamamı”) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verilib.

“Qazaxda yerli əhəmiyyətli memarlıq abidəsi olan İsrafil Ağa hamamının tarixi bina kimi qorunması məqsədilə Mədəniyyət Nazirliyinin balansına verilməsi tarixi keçmişimizə, milli mədəniyyət abidələrinə verilən qiymətin bariz nümunəsidir. Bu addım tarixi keçmişimizi özündə əks etdirən bu memarlıq incisinin, tarixi abidənin gələcək nəsillərə çatdırılmasını təmin edəcək”.

Bu da deməyə əsas verir ki, ikinci tərəf haqlıdır: “İsrafil Ağa” hamamı tarixi mahiyyətinin geri qaytarılması üçün təmir olunur. İddialara görə hamamın ətrafında müxtəlif ictimai-iaşə obyektləri fəaliyyət göstərir, onların abidənin tarixiliyinə xələl gətirməməsi üçün tədbirlər görülür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172864

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930