Qazaxda Aşıq Şəmşir və Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda Beynəlxaq Elmi Konfrans keçirilib
Aşıq Şəmşir və Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda Beynəlxaq Elmi Konfrans keçirilib.
Qazax Rayon İcra Hakimiyyətindən Mediaxeberleri.Az-a verilən məlumata görə, beynəlxalq konfransın təşkilatçıları Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutu, Erzincan Binali Yıldırım Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağıdır.
Konfransı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq iştirakçıları salamlayıb. O, Dədə Şəmşirin aşıq şeirinin müxtəlif poetik formalarında zəngin nümunələr və Kəlbəcər ədəbi mühitini gözəl bilən Dədə Şəmşir ağız ədəbiyyatının, şifahi və yazılı ədəbiyyatımızın nadir bilicisi kimi öz fərdi yaradıcılıq məktəbini yaratdığını bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=175014