İcra başçısı Kosalar kənd sakini Məşədi İbrahimin yaşadığı evdə görülən son tamamlanma işləri ilə tanış olub

01.09.2022 - 16:49

Ötən yazılarımızda xəbər verdiyimiz kimi, ADA Universitetinin “Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur.
ADA Universitetinin “Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi hesab edilən Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi milli təhsilimizin inkişafı istiqamətində atılan növbəti uğurlu addımdır. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası Azərbaycanda maarifçilik irsimizin yaşadılması, Seminariyadan aldığımız milli qürurumuzun bərpasıdır. Bu, illər öncə yandırılan elm işığının daha gur yanması, ətrafına yeni nəsil maarifçiləri toplaması deməkdir. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri məhz burada yazılacaq. Bu, hər bir qazaxlı üçün qürurvericidir. Bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunur.
Bu gün o da təqdirəlayiq haldır ki, vaxtilə özünün 17 otaqlı mülkünü Qazax Müəllimlər Seminariyasına bağışlamış Qazax rayon Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun yaşadığı ev təmir olunur. Məşədi İbrahimin yaşadığı mülkün təmir olunması təhsilimizin, elmin inkişafına dəstək olan insanlara verilən qiymət və dəyərdir. Bu nümunəvi addım Məşədi İbrahimin timsalında təhsilin inkişaf etməsində əməyi keçən xeyriyyəçi insanlara olan hörmət və ehtiramı özündə əks etdirir.
Avqustun 31-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Kosalar kəndində olub, təmir olunan mülkdə son tamamlanma işləri ilə maraqlanıb. Görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olan rayon rəhbəri işlərin sürətləndirilməsi barədə aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181305

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031