Gündən-günə abadlaşan Qazax

21.09.2022 - 13:17

Son illər cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində nəinki paytaxt Bakı, eləcə də respublikamızın bölgələri gündən-günə gözəlləşir. Bunu sürətlə inkişaf edərək müasir və abad rayonlardan birinə çevrilən Qazax rayonunun timsalında aydın şəkildə görmək olur. Son dövrlər rayonda regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində geniş miqyas alan abadlıq və quruculuq işləri bunun əyani sübutudur. Bu gün sözün əsl mənasında əminliklə söyləyə bilərik ki, Qazax rayonu özünün intibah dövrünü yaşayır. Qısa zaman kəsiyində görülən işlər sayəsində Qazax tərəqqi yolunda uğurla addımlayır. Bu gün rayonda elə bir sahə olmaz ki, ötən illər ərzində həmin sahələrdə yeniliyin şahidi olmayasan. Rayonda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri, çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə yenidən qurulması bir daha onu göstərir ki, illər bir-birini əvəz edir və Qazax respublikamızın abad rayonları sırasına daxil olur.

Əvvəlki illərdə olduğu kimi, bu il də Qazaxda genişmiqyaslı abadlıq və qurucluq işləri həyata keçirilir. Bu işlər sayəsində Qazax bu gün böyük bir tikinti meydançasına bənzəyir. Xüsusilə də ölkə rəhbərinin tapşırığına əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasından sonra qurucluq işləri daha geniş miqyas alıb desək yanılmarıq. Çünki şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan ərazilər abadlaşdırılıb, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanıb, səkilərə yeni tamet, bardür düzülüb, qaz, elektrik, rabitə xətləri səliqəyə salınıb, rənglənmə işləri aparılıb, yaşıllıqlar salınıb. Bu gün məhz bu abadlıq işləri sayəsində Qazaxın gecəsi də, gündüzü də göz oxşayır.

Qazaxda aparılan genişmiqyaslı quruculuq işləri sakinlər tərəfindən də könül xoşluğu, razılıqla qarşılanır. Sakinlər bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182255

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930