Millət vəkili Ülviyyə Ağayeva düşmən təxribatının qarşısını alarkən şəhid olan baş leytenant Yunis Kazımovun, baş gizir Azər Məmmədovun və gizir Azad Kərimovun ailələrinə baş çəkib

21.09.2022 - 13:22

2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla ümumilikdə Silahlı Qüvvələrin 71 hərbi qulluqçusu şəhid olub.

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Qazaxın igid oğulları da qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə qızıl hərflərlə yazdırdılar. Qazax rayonunun Kəmərli kəndindən baş leytenant Kazımov Yunis Qasım oğlu, baş gizir Məmmədov Azər Mustafa oğlu, Daş Salahlı kəndindən gizir Kərimov Azad Zakir oğlu da Şəhidlik zirvəsinə ucaldılar.

Sentyabrın 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov ötən gün düşmən təxribatının qarşısını alarkən şəhid olan baş leytenant Yunis Kazımovun, baş gizir Azər Məmmədovun və gizir Azad Kərimovun ata ocaqlarında olub, ailələrinə baş çəkiblər. Qəhrəman şəhidlərimizin əziz xatirələrini ehtiramla yad ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyib. İcra başçısı düşmənə hər an tutarlı zərbə vurmağa hazır olan qüdrətli Azərbaycan Ordusunun şəhidlərimizin qisaslarını aldığını, igid Vətən oğullarının qanlarının yerdə qalmadığını bildirib. 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən hər üç şəhidimizin bu döyüşdə də şücaətlə vuruşduqlarını, adlarını xalqımızın qəlbinə qızıl hərflərlə əbədi həkk etdiklərini söyləyib. Bu gün vətəndaş olaraq hər birimizin şəhidlərimizlə, qazilərimizlə qürur duyduğumuzu dilə gətirib.

Deputat Ülviyyə Ağayeva şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyib. Vətən uğrunda canından keçən bütün şəhidlərin qanının yerdə qalmadığını bildirib. Yunisin, Azərin, Azadın təkcə Qazaxın, qazaxlıların övladı deyil, bütöv Azərbaycanın oğulları olduğunu, daim qəlblərdə yaşayacaqlarını, xatirələrinin hər zaman əziz tutulacağını qeyd edib. Yunis, Azər, Azad kimi igid Vətən oğulları ilə hər bir azərbaycanlının fəxr etdiyini, onların göstərdikləri qəhrəmanlığın hər kəs üçün bir nümunə olduğunu diqqətə çatdırıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, onların ailə üzvlərinə, qazilərimizə göstərilən qayğının hər bir dövlət məmuru, eləcə də hər bir vətəndaş üçün örnək olduğunu söyləyib.

Övladları ilə hər zaman fəxr etdiklərini və bundan sonra da onlarla qürur duyacaqlarını söyləyən şəhid ataları, anaları Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Məlumat üçün qeyd edək ki, Vətən müharibəsində göstərdikləri qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə baş leytenant Kazımov Yunis Qasım oğlu “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, baş gizir Məmmədov Azər Mustafa oğlu “Zəngilanın azad olunmasına görə”, gizir Kərimov Azad Zakir oğlu “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182261

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930