Qarabağ qazisi diqqətdən kənarda qalıb – Ağstafada

24.10.2022 - 15:43
Medallarla təltif edilən Qarabağ qazisi diqqətdən kənarda qalıb.

Mediaxeberleri.az xəbər verir ki, Sozcu.az saytının redaktoru Ceyhun Nabi Ağstafa rayonunun Aşağı Göycəli kənd sakini, Qarabağ qazisi Məmmədov Mustafa Saqif oğlunun pozulmuş hüquqlarından yazıb.

Ceyhun Nəbinin Qarabağ qazisinin problemləri ilə bağlı verdiyi məlumata görə, “Ağstafa rayon Aşağı Göycəli kənd sakini, İkinci Qarabağ müharibəsi iştirakçısı, Fizulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın alınmasında iştirak etmiş və həmin rayonların işğaldan azad edilməsi ilə bağlı medallarla təltif edilmiş və bununla yanaşı döyüşlərdə göstərdiyi xidmətlərə görə “Cəsur döyüşçü” medalı ilə təltif edilmiş tankçı (tuşlayıcı operator) Məmmədov Mustafa Saqif oğlu tamamən dövlətin diqqətindən kənarda qaldığını bildirir.

Ona nə müharibə veteranı statusu verilib, nədə ki, müharibədə aldığı psixoloji tramvalarla bağlı (əlillik dərəcəsi) sosial qrup. Qazax Rayonlararası və Maştağa Psixiatriya Xəstəxanalarında psixoloji müalicə alıb. Müharibədə alıdığı tramvalar ilə bağlı əlində Hərbi Həkim Komissiyasının rəyləri var. Ailənin tək övladı olduğunu, ata və anasının xəstə olduğunu bildirən müharibə iştirakçısı Mustafa Məmmədov onunla heç kəsin maraqlanmadığını, probleminə heç kəsin kömək olmadığını bildirir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184064

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930