Qazaxda narkomaniyaya qarşı aparılan mübarizə vətəndaş məmnunluğunu artırır

01.11.2022 - 11:10

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları , millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır.

Qazax rayonunda da, bu sahədə çox ciddi mübarizə aparılır. Qazax rayon polis şöbəsinin rəisi Sənan əsədov cənablarının Narkomaniya ilə mübarizə uğrunda fəaliyyəti Qazax ictimayəti tərəfin böyük rəğbətlə qarşılanır. Tək narkomaniya ilə mübarizə sahəsində yox, bütün sahələrdəki fəaliyyəti polislə vətəndaş münasibətlərinin düzgün qurulmasına xidmət edir. Vətəndaşın öz polisinə inamını sevgisini artırır.

Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən 2022 ci ilin ərzində 58 fakt üzrə 3 kiloqram 742 qramdan çox müxtəlif növ narkotik vasitələri dövriyyədən çıxarılmışdır. Dövriyyədən çıxarılmış külli miqdarda narkotik fakların keçən il 1 fakt olmasına baxmayaraq, bu il aşkar edilmiş külli miqdarla mübarizə nəticəsində 13 fakt çox aşkar edilməklə 14 külli miqdarda aşkar edilmiş narkotik vasitələrlə bağlı cinayətdir. Keçən il ilə müqayisədə 35 fakt çox olmaqla bu il 1 kiloqram 500 qramdan çox narkotik vasitə dövriyyədən çıxarılmışdır. Bu statistika onu göstərir ki, Qazax rayon polis şöbəsinin rəisi Sənan Əsədovun fəaliyyəti dövründə Narkomaniya və narkotik tacirlərinə qarşı ciddi mübarizə öz nəticəsini verir.

Biz də ictimayət adından Qazax rayon polis şöbəsinin rəisi hörmətli Sənan Əsədova öz minnətdarlığımızı bildiririk və işlərində uğurlar arzulayırıq.
Bir sözlə, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələdir. Ölkəmizin davamlı inkişafı hər bir problemin uğurlu həllinə, qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.

İctimai fəal Orxan Səfərli

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184239

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930