Qazax rayon Mədəniyyət Mərkəzində Zəfər Gününə həsr olunmuş “Zəfər bizimdir!” adlı konsert keçirilib

03.11.2022 - 19:17

Noyabrın 2-də Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi Qazax rayon Mədəniyyət Mərkəzində Zəfər Gününə həsr olunmuş “Zəfər bizimdir!” adlı konsert keçirib.

Tədbir Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə məktəbin direktoru Çiçək Maşayeva, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov çıxış edərək qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq göstərişi ilə 27 sentyabr tarixində düşmən təxribatına cavab olaraq keçirilən əks-hücum əməliyyatı ilə başladılan Vətən müharibəsi tarixə qəhrəmanlıq səlnaməsi kimi daxil olmuşdur.

Konsertdə məktəbin şagirdlərindən ibarət xor kollektivi və uşaq ansamblı maraqlı və rəngarəng ifalarla çıxış ediblər. Şagirdlər, həmçinin fortepiano, saz, skripka, tar alətlərində sola ifaların təqdim ediblər. Müəllimlərdən ibarət ansamblın ifa etdiyi musiqi nömrələri də iştirakçılar tərəfindən maraqla qarşılanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184390

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930