İcra başçılarına ciddi XƏBƏRDARLIQ

14.11.2022 - 11:11

DCIM100GOPROGOPR0079.

Bakıda neqativ halların daha çox qeydə alındığı rayonların icra başçılarına ciddi xəbərdarlıq edilib.

Bu barədə Cumhuriyyet.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, BŞİH-də paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə qış zamanı güclü qar yağmasına hazırlığın vəziyyəti, paytaxt rayonlarında qanunsuz tikinti və küçə ticarətinə qarşı aparılan tədbirlərə həsr edilən müşavirə keçirilib.

Müşavirədə çıxış edən BŞİH başçısı Eldar Əzizov bildirib ki, son günlərdə ölkənin dağ rayonlarına əvvəlki illərlə müqayisədə daha çox qar yağması qışın sərt və yağmurlu keçəcəyindən xəbər verir. Bununla əlaqədar rayon İcra Hakimiyyətləri, kommunal və təsərrüfat xidmətlərinə müvafiq hazırlıq tədbirləri görmələri, qışa hazırlıqla bağlı yaradılan qərargahların və aidiyyəti təşkilatların əməkdaşlarının iştirakı ilə treninqlərin keçirilməsi tapşırılıb.

Həmçinin BŞİH İdarə, təşkilat və özəl qurumlar, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyətə və Bakı sakinlərinə müraciət edərək qarlı günlərdə təmizlik işlərində fəal olmağa, Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırıb.

Müşavirədə paytaxt rayonlarında qanunsuz tikinti və küçə ticarəti ilə bağlı vəziyyət müzakirə edilib, qeyd edilib ki, son 6 ay ərzində bu hallar 2,5 dəfə azalsa da, yenə də bəzi rayonlarda yer almaqdadır. Toplantıda neqativ halların daha çox qeydə alındığı rayonların İcra Hakimiyyəti başçılarına əraziyə zəif nəzarət və çatışmazlıqlara görə ciddi xəbərdarlıq edilib. Onların nəzərinə çatdırılıb ki, rayon ərazisində baş verən bütün qanunsuzluqlara şəxsən cavabdehlik və məsuliyyət daşıyırlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184759

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930