Qazax RİH-də vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilib

16.11.2022 - 13:08

Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı bütün sahələrdə öz əksini tapır ki, bu, vətəndaş amilinin əsas götürülməsi deməkdir. Eyni zamanda vətəndaş məmnunluğunun dövlət siyasətinin kökündə dayanması hər bir dövlət məmuruna nümunədir. Ölkə rəhbəri tərəfindən səsləndirilən “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikirləri bir daha onu sübut edir ki, vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətidir.

Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbərliyi tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədə xidmət edir.

Həftə ərzində müraciət etmiş 6 nəfər vətəndaşın istəyinə noyabrın 11-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə baxılıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev şəhər sakini Hacıyeva Xalidə Rza qızının, Çaylı kənd sakini Qocayeva Aynur Slavik qızının, Dəmirçilər kənd sakini Hadıyev Yusif Hüseynqulu oğlunun, Hüseynbəyli kənd sakini Cəfərov Cəfər Kamandar oğlunun, İkinci Şıxlı kənd sakini Omarova Mətanət Kazım qızının, Bakı şəhər sakini Məmmədova Ayşə Səməd qızının müxtəlif məzmunlu müraciətini dinləyib.

Vətəndaşların işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etmələri bildirilib. Məşğulluq Mərkəzində olan boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Vətəndaşların digər müxtəlif səpkili müraciətləri müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184977

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930