Məcburi köçkün qadın icmalarının nümayəndələri üçün təlimlər keçirilib

23.11.2022 - 16:55

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi tərəfindən icra olunan “İşğaldan azad olunmuş ərazilərdə qadın icmalarının inkişafına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində təlimlər keçirilib.
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-2” yaşayış kompleksində və Abşeron rayonu, Masazır qəsəbəsi, Məcburi köçkün (Zəngilan) şəhərciyində təşkil olunan təlimlərdə bu ərazilərdə fəaliyyət göstərən məcburi köçkün qadın icmalarının nümayəndələri iştirak ediblər.
Layihə barədə danışan “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin sədri və layihə rəhbəri Leyla Hüseynova bildirib ki, Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərə köçürüləcək keçmiş məcburi köçkün ailələrindən olan qadınların yaşadıqları yerlərdə fəaliyyət göstərən icmaların idarə olunmasında fəal iştiraklarının təmin edilməsi olduqca vacibdir. Hazırkı təlimlər zamanı tədris olunan sosial mövzular həmin icmaların idarə olunmasında iştirak edəcək məcburi köçkün qadınlarının bilik və bacarıqlarının artırılmasına hesablanıb.
Layihənin eksperti Aynurə Hüseynovanın keçirdiyi təlimlərdə qadın hüquqları, gender bərabərliyi, ailə planlaşdırılması, məişət zorakılığı və məcburi köçkün qadın icmalarında aktual olan digər sosial əhəmiyyətli məsələləri əhatə edən mövzulara nəzər salınıb. İnteraktiv şəraitdə keçirilən müzakirələrdə icmaların idarə olunması, sosial layihələrin hazırlanması və digər mövzularda məcburi köçkün qadınlarının iştirakının gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Maarifləndirmə tədbirlərində iştirak edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri “Böyük Qayıdış” proqramı barədə danışıblar və bu qurumun məcburi köçkün icmalarının inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlər haqqında məlumat veriblər.
Sonda təlim iştirakçılarına layihə çərçivəsində nəşr edilmiş “Məcburi köçkün qadın icmaları və sosial əhəmiyyətli məsələlərin həlli (metodik tövsiyə)” adlı əyani vəsait paylanılıb.
Leyla Hüseynova

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185543

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930