Məişət tullantıları üçün ayrılmış zibil poliqonunda təmizlik işləri aparılıb

16.02.2023 - 14:42

Son illər Qazaxda aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri ilə yanaşı, şəhərin təmizliyi də daim diqqət mərkəzində saxlanılır. Rayon rəhbərliyinin tapşırıq və göstərişinə əsasən şəhərin təmizliyinə xüsusi diqqət ayrılmasının, rayonun yaşayış məntəqələrinin məişət tullantılarından təmizlənməsinin, magistral avtomobil yollarının kənarlarında, ictimai yerlərdə, turizm və iaşə obyektərində atılıb qalmış zibillərin vaxtlı-vaxtında götürülməsinin nəticəsidir ki, bu gün Qazax təmiz şəhərlər sırasında dayanır.
Şəhərin təmizliyinin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də odur ki, tərtib olunmuş qrafik əsasında şəhərin prospekt və küçələrində gündəlik olaraq, səhər və axşam saatlarında təmizlik işləri aparılır. Kommunal Müəssisələri Kombinatının işçiləri tərəfindən məişət tullantılarının vaxtlı-vaxtında götürülməsi təmin edilir, təmizlik işlərinə nəzarət artırılır.
Şəhərdə təmizliyin qorunub saxlanılması məqsədilə görülən işlərdən biri də rayonun Ağköynək kəndi ərazisində məişət tullantıları üçün ayrılmış zibil poliqonun yaradılması, mütəmadi olaraq həmin poliqonda traktorla təmizlik işlərinin aparılmasıdır.
Mediaxeberleri.Az xəbər verir ki, artıq bir neçə gündür ki, sözügedən poliqonda təmizlik işləri həyata keçirilir.
Fevralın 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağköynək kəndində olub, poliqonda görülmüş işlərlə maraqlanıb. Rayon rəhbəri poliqonunun və ətraf ərazinin mütəmadi olaraq təmizlənməsi istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Unutmayaq ki, şəhərimizi, yaşadığımız ərazini, eləcə də ətraf mühiti təmiz saxlamaq hər birimizin borcu və vəzifəsidir!.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188276

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930