Bank Respublika Qazaxda 35-ci xidmət nöqtəsini açıb

23.02.2023 - 08:34

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika müştərilərinin xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini genişləndirməyə davam edir.

Belə ki, Bank Qazax şəhərində özünün 35-ci xidmət nöqtəsini müştərilərin ixtiyarına verib.

Təntənəli açılışda iştirak edən rayon icra hakimiyyətinin və bankın rəhbərliyi yeni filialın rəmzi açılışını bildirən qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib.

Filialın açılışında iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bank rəhbərliyini, yeni filialın əməkdaşlarını təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı, bankın rəhbərliyi və iş adamları ölkənin aparıcı 5 bankından biri olan “Bank Respublika”nın Qazaxda filial açmasının sahibkarlıq fəaliyyətinin dəstəklənməsində, eləcə də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Yeni filial – Qazax şəhəri, Heydər Əliyev prospekti 76 ünvanında fəaliyyət göstərəcək.

“Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 32 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq bu il daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188676

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930