Göyçayda xoş ənənə: İməciliklər təbiətə ekoloji qayğımızdır – VİDEO

12.03.2023 - 13:32

Göyçay Şəhər Təsərrüfat Birliyinin təşəbbüsü ilə  “Heydər Əliyevin 100 illiyi” münasibətilə  ümumrayon iməciliyində ağacəkmə və təmizlik aksiyası keçirilib.
Qeyri-iş günü keçirilən iməcilik aksiyasında Göyçay Rayon Icra Hakimiyyəti nəzdində olan Şəhər Təsərrüfat Bilrliyi ilə yanaşı, ayrı-ayrı idarə və təşkilatların rəhbər və işçi heyəti iştirak ediblər. Novruz Bayramı ərəfəsində təşkil edilən iməcilik şəhərin Əli Kərim adına parkından başlayıb.
Ümummilli lider Heydər Əliyevin təbiətə olan diqqət və sevgisinin, ekoloji siyasətinin davamçısı olan Prezident Ilham Əliyevə dəstək üçün hər həftə rayonun müxtəlif ərazilərində ağacəkmə aksiyası keçirilir.
Göyçay Rayon Icra Hakimiyyətinin Başçısı Natiq  Ağayev “Yeni Azərbaycan Partiyası” Göyçay rayon Təşkilatının təşəbbüs etdiyi – ”hər bir ağac yaşıllığa töhfədir” adlı ağacəkmə aksiyasına qoşularaq ekoloji tarazlığın qorunmasının vacibliyini bildirməklə, parkın abadlıq və yaşıllıq işləri ilə yaxından tanış olub.
Daha sonra Göyçay çayı ətrafında salınan istirahət parkında görülən işlərə nəzər salaraq aidiyyatı üzrə müvafiq tapşırıqlar verib.
Keçirilən iməcilik aksiyaları şəhərlə yanaşı kəndlərdə də baş tutub. Ağaclar əkilib, kənd qəbiristanlıqları səliqə- sahmana salınıb.
Artıq ənənə halını alan iməcilik aksiyasının əsas məqsədi rayon sakinlərinin hər birinin bu aksiyada iştirak etməklə dünyadan köçənlərinin qəbrinin ətraf hissəsinin təmiz saxlanılmasıdır. Azərbaycanda bayram öncəsi ənənəvi hal alan belə vacib əməllər ictimaiyyətin diqqətindən kənarda qalmamaqdadır.

Fatimə Mövsüm

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189729

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930