Afaq Bəşirqızından TƏKLİF: “Aktyorlar üçün xüsusi qəbiristanlıq yaradılsın”

14.04.2023 - 23:03

“Neçə vaxtdır deyirəm ki, aktyorlar üçün qəbiristanlıq yaradılsın. Çünki aktyorlar, incəsənət adamları rəhmətə gedəndə hamı qalır bir-birinə baxa-baxa. Çətinlik çəkirlər, Qurd qapısından, Xırdalandan xəbər verilməyini gözləyirlər”.

Bu sözləri Xalq artisti Afaq Bəşirqızı “ATV səhər”ə açıqlamasında deyib.

Sənətçi Rusiyada olan Novodeviçye qəbiristanlığını misal çəkərək Azərbaycanda da eynisinin yaradılmasını təklif edib:
“Tanınmış aktyorlar bir yerdə dəfn edilməlidirlər. Novodeviçye qəbiristanlığına giriş bizim pulla 5 manatdır. Oradan yığılan pul isə işçilərə verilir. Onlar da qəbirləri, otları təmizləyir, çiçəklər əkirlər”.

Qeyd edək ki, A.Bəşirqızı sözügedən təklifi keçirilən Teatr Forumunda da edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190936

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930