Qazilik adına ləkə vurmayaq

25.04.2023 - 09:35

Sözümə başlamazdan öncə əsl mərdliklə, cəsarətlə,  düşmənlərimizlə döyüşüb yarıcan olan bununla da mərdliyini itirməyən qazilərimizə sonsuz hörmətimi bildirirəm. Amma təəssüf ki, son vaxtlar qazi adından sui-istifadə edənlərin törətdiyi qanunsuzluqlarla bağlı tez-tez xəbərlər eşidirik. Kimisi nömrəsiz maşın sürür, kimisi əyninə hərbi forma geyinib pul yığır, kimisi də torpaq zəbt edir. Müharibədə iştirak edən də, etməyən də “qazi” adından istifadə edir. Onlar həm cəmiyyətdə, həm də dövlət qurumlarında qazilərə və şəhid ailələrinə böyük hörmət olduğunu çox yaxşı bilir və bundan faydalanmağa çalışırlar. Bəzən qazilərin qanunsuz əməllərinə sosial şəbəkələrdə haqq qazandırılır, “onlar vuruşanda biz isti yatağımızda yatırdıq” kimi şərhlər verilir. Bəli, biz onlara həmişə minnətdar olacağıq, onların etdiyi fədakarlıq heç vaxt unudulmamalıdır. Amma bu o demək deyil ki, qazi, şəhid ailəsi adından istifadə edib istənilən qanunsuz əməli törətmək olar.  Haqsız tələb irəli sürüb qanunsuz iş tutanlar da bu təmənnadan əl çəkməlidirlər. Bir yandan da qazilərin haqqına girərək, düşmənə bir güllə belə atmayan, arxa cəbhədə ehtiyatda olub müharibə üzü görməyən, sosial şəbəkələr vasitəsilə şər-böhtan ataraq imtiyaz əldə edəcəyinə inananlar qəzəb doğurur…

Belələrindən biri, Göyçay Rayon Kürdşaban kənd sakini Rəşad Ibrahimov bir neçə gün öncə sosial şəbəkədə paylaşım edib, bunu fürsət bilib əlində bayraq edən bəzi işbazlar, müqəddəs ad “qazi” adından istifadə edərək insanların emosialarına toxunmaq məqsədilə şər-böhtan xarakterli yazılar yazmağa başlayıb ki, guya özlərini orucluqda savab etmiş kimi göstəriblər. Qazi olduğunu deyərək yalanının üstünün açılacağını bilən Rəşad isə  səs-küylə aldığı veteran vəsiqəsini göstərərək müharibənin “fəal” iştirakçısı olduğunu söyləmiş, bununla da özünün belə inanmadığı yalanı ilə gündəm olmağa çalışmışdır. “Eşit, amma inanma”….

Ballı Qayada N saylı hərbi hissədə, arxa cəbhədə olan, müharibə üzü görməyən, erməniyə bir güllə belə atmayan bu şəxs icra hakimiyyəti binasına gəlib hər dəfə pul yardımı alıb. Bununla da R. İbrahimovun ağzı bala bataraq əsl qazilərimizin haqqına girmək iştahası gün-gündən artıb. Bu günlərdə o, Göyçay Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin böyük məsləhətçisi Cavidan Yaqubova   zəng edib yenə pul yardımı istəyəndə “yoxdur” cavabına qarşı hədə tonuna keçib və “indi görərsiniz, mən nə edəcəyəm” deyərək üz tutub Ucara… Orada guya xəstəxanada yatdıgını söyləyən Rəşad daha yaxşı artistlik edə bilmək üçün “reket yazarlar” tərəfindən öyrədilərək çıxış edib Heç bir məmur vətəndaşa deməz ki, “get Heydər Əliyevin məzarından kömək istə, o da kömək edər”. Təbii ki, məntiqi, əqli düşüncə, təfəkkür sahibi olan hər kəs bilir ki, illərlə məsul vəzifələrdə çalışmış, qanunları, etik, ədəbi qaydaları, vətəndaşlarla rəftar qaydasını bilən, Azərbaycana xidmət edən, prezidentin siyasi kursuna sadiq olan,  icra başçısı vəzifəsinə təyin olunan  Natiq Ağayev belə bir bayağı və ciddi məsuliyyəti olan ifadə işlətməz.
Bəs bu böhtanı ataraq, ulu öndərin adından istifadə edərək, 3800 manat pulu heç bir xəstəliyi olmadan, sözün əsl mənasında dilənən şəxs niyə cəzalandırılmır? Jurnalist olaraq demək olar ki, bütün qəbullarda iştirak edirəm, Natiq Ağayevin qazi və şəhid ailələrinə diqqət və qayğısını görürəm. Rəşad kimi yalanı zəncir edib bir-birinə bağlayanlar bizi düşmənlərimiz qarşısında utandırırlar.

Rəşad Ibrahimov ankoloji xəstə olub dünyasını dəyişən, həyat yoldaşının ilinin çıxmağını gözləmədən yanında bir qız övladı olan xanımla ailə həyatı qurub. Birinci evliliyindən iki qız övladı var. Yəni o, öz övladlarına təkbaşına baxmır. Həmçinin onun heç bir xəstəliyinin olmadığını söyləyən bəzi Kürdşaban kənd sakinləri ona “artist dilənçi” deyirlər. Qeyd edək ki, Ibrahimov Rəşad Elburus oğlu rayon Məşğulluq Mərkəzi tərəfindən Özünəməşğulluq proqramına cəlb edilib və üç baş iri buynuzlu mal-qara ilə özünəməşğulluğu təmin olunub. Həmçinin R. İbrahimov dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətinə maddi yardımla bağlı müraciət edib , rayon rəhbərinin tapşırığı ilə ayrı-ayrı vaxtlarda ümumilikdə 390 manat məbləğində maddi yardım verilib. 07 mart 2023-cü il tarixdə R. Ibrahimov rayon icra hakimiyyətinin başçısı tərəfindən yenidən qəbul edilib və xəstəliyinin olduğu yalanını söyləyib. Rəşad İbrahimov beləliklə “reket yazarlar”a bel bağlayaraq təhdidlə yardım adı altında açıq-aşkar nəğd şəkildə 3800 manat pul tələb edib.
Şəhidlərimiz, qazilərimiz Vətəni təmənnasız sevib, onun uğrunda canlarından, sağlamlıqlarından keçiblər. Vətənə sevgi təmənnalı olmur. Bizim üçün qanunun aliliyi ən üstün dəyər olmalıdır. Hamı qanunlara tabe olmalıdır, hətta qazilər də. Biz Azərbaycan qanunlarını Qarabağda bərqərar etmək üçün 44 gün vuruşduq. Azərbaycanın konstitusiya quruluşunu Şuşada, Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Füzulidə, Ağdamda bərpa etmək uğrunda üç min şəhid verdik. Lakin Azərbaycan qanunlarını işğal altında olan torpaqlarda bərqərar etmək üçün vuruşan və yaxud da Rəşad kimi yalançılar ifşa olunmalıdırlar. Məlumat üçün bildirim ki, Rəşad haqqında məlumat tamamilə həqiqətdir, etibarlı mənbədən alınıb. Rəşad və onun kimiləri, indi özü həmin qanunları pozursa, burada bir səmimiyyətsizlik hiss olunur. Belələri minlərlə qəhrəman qazimizin adına ləkə yaxır, onların haqqına sahib çıxmaq istəyir. “Qazi” adının əzəmətini, böyüklüyünü qorumalıyıq, ona ləkə yaxanları, bayağılaşdıranları isə qınamalıyıq.
Fatimə Mövsüm

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191178

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031