Görmə üzrə əlilliyi olan uşaqlar üçün Novruz bayramı şənliyi təşkil edilib

17.03.2024 - 12:31

Veteran.gov.az xəbər verir ki, Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilati dəstəyi ilə “Novruz bayramı” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili adlı layihəsi icra edilib.

Bayram şənliyində Bakı, Abşeron , Sumqayıt bölgələrində yaşayan və “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı xüsusi internat məktəbi”ndə təhsil alan görmə üzrə əlilliyi olan uşaqların iştirakı təmin edilmişdir və yeniyetmələrin şənlikdə iştirakının rahatlığının təmin edilməsi üçün  müyəssər şərait qurulub.

Bayram şənliyi Bakı şəhəri, Nərimanov rayonu, “Metropark” ticarət və əyləncə mərkəzində təşkil edilib.

Bayram şənliyində   gözdən əlil uşaqlar üçün müyəssər oyun və şou proqramlarla yanaşı, yemək və Novruz bayramına xas elementlərlə bəzədilmiş şirniyyat süfrəsi eləcə də tiflo (müyəssər musiqi texnikası-qulaqlıqlar) hədiyyələr təqdim edilib.

Şənlikdə 200-ə yaxın uşaq və onları müşayiət edən şəxslər iştirak edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199414

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930