Sənəd qəbulunda rekord: Tələbə olmaq istəyənlərin sayı 16 min nəfər ARTIB

18.03.2024 - 11:33

test blankı imtahan

Ali məktəblərə və kolleclərə ərizə qəbulu başa çatıb. Ümumilikdə 115.245 abituriyent ərizəsini təsdiqləyib.  Modern.az-ın məlumatına görə, əvvəlki illərlə müqayisədə ali məktəb və kolleclərə sənəd verənlərin sayında artım müşahidə edilib. Belə ki, ötən il 107 188 abitutiyent ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün öz ərizəsini təsdiq edib. 2022-ci ildə isə bu rəqəm 99 538 nəfər idi.
Beləliklə, ərizəsini təsdiq edən abituriyentlərin sayı 2023-cü illə müqayisədə 8 mindən çox, 2 il əvvəllə müqayisədə isə 16 minə yaxın artıb. Ümumilikdə bu il ərizəsini təsdiq edənlərin sayı rekord hesab edilir. Ali təhsil müəssisələrinə ərizə qəbulu üzrə qeydiyyatdan keçənlərin ümumi sayı 110.354 nəfər olub. Bunun 100.259 nəfəri Azərbaycan bölməsinin, 10.095 nəfər rus bölməsinin abituriyentləridir.
Tam orta (11 illik) təhsil bazasında kolleclərə ərizə qəbulu üzrə qeydiyyatdan keçənlərin sayı 96.667 nəfər olub. Bunlardan 89.858 nəfər Azərbaycan bölməsi üzrə, 6.809 nəfər rus bölməsi üzrə qeydiyyatdan keçib. Qeyd edək ki, kolleclərə qəbul olmaq istəyənlərin sayında da artım qeydə alınıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199477

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930