Gəncədə görmə üzrə əlilliyi olan şəxslər üçün Novruz şənliyi təşkil edilib

18.03.2024 - 23:12

Moderator.az xəbər verir ki, Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi-“QEOŞSD” İ.B. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə    “Novruz bayramı” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili”  adlı layihə çərçivəsində bayram şənlikləri təşkil edilib.

Bayram şənliyində  yuxarıda adları qeyd edilən bölgələr üzrə görmə imkanları məhdud  olan uşaqların bayram şənliyində iştirakı təmin edilmiş və uşaq və yeniyetmələrin şənlikdə iştirakının rahatlığının təmin edilməsi üçün  müyəssər şərait qurulub.

Bayram şənliyi Gəncə şəhəri, “Sərinim” Restoranında təşkil olunub.

Şənlikdə Gəncə Şəhərində eləcə  də ətraf  Samux, Tovuz, Göygöl, Daşkəsən, Goranboy, Ucar və Yevlax rayonlarında yaşayan görmə məhdudiyyətli uşaq və yeniyetmələr iştirak edib.

Bayram şənlinliklərində   gözdən əlil uşaqlar üçün müyəssər oyun və şou proqramlarla yanaşı, yemək və Novruz bayramına xas elementlə bəzədilmiş şirniyyat süfrəsi eləcə də tiflo (müyəssər musiqi texnikası-qulaqlıqlar) hədiyyələr təqdim edilib.

Şənlikdə yüzdən çox  uşaq və onları müşayiət edən şəxslər iştirak ediblər.

Şənlikdə Novruz Bayramı personajları ilə yanaşı el adət ənənələri və görmə məhdudiyyətli uşaqlar üçün müyəssər əyləncələr təşkil olunub.

Bayram şənliyinin  təşkilatçısı Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi-nin rəhbəri Reyhan Cəfərova çıxışında Sosial Xidmətlər Agentliyinə və tədbirdə iştirak edən gözdən əlil uşaqlar və onları müşayiət edən şəxslərə  xüsusi təşəkkürünü bildirib.

Bayram şənliyinə dəstək verən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti və Cəmiyyətin Gəncə şəhər regional Təşkilatının rəhbərliyi bu tip tədbirlərin təşkili istiqamətində Sosial Xidmətlər Agentiliyinə və xüsusən də  ölkə prezidenti cənab İlham Əliyevə xüsusi təşəkkürünü bildiriblər.

AzGƏC-in  sədri S. Abdullayev çıxışında belə şənliklərin təşkilini ölkə rəhbərliyinin əlil vətəndaşlara qayğı və diqqətinin bariz nümunəsi olduğunu və əlil və tipik insan cəmiyyətləri arasında mövcud süni baryerlərin qaldırılması istiqamətində öz töhfəsini verdiyini qeyd edib. S. Abdulllayev həmçinin ölkəmizin əlil vətəndaşa xüsusilə əlilliyin ən ağır kateqoriyası olan gözdən əlilliyə göstərdiyi diqqət və ehtiramın ökəmizdə  günü-gündən mədəni inkişaf və sivil yaşam tərzinin yüksəlişindən xəbər verdiyini və bu sahədə ölkə rəhbərinin xüsusi diqqətini bir daha vurğulayaraq şənliyin təşkili istiqamətində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199493

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930