“Pilgrim Education” şirkət rəhbərliyilə bağlı Mehriban xanım Əliyevaya MÜRACİƏT

27.03.2024 - 11:04

Hörmətli Mehriban xanım!

İstər Birinci vitse-prezident, istərsə də Heydər Əliyev Fondunun rəhbəri kimi milli təhsil sistemimizin inkişafına verdiyiniz dəstək sevindiricidir.

Xalqımızın ruhuna uyğun fəaliyyətinizdə təhsil sahəsini hər zaman diqqətdə saxlamağınız, bu sahədə müxtəlif layihələr həyata keçirməklə təhsilin inkişafında müstəsna xidmətlərinizin nəticəsi olaraq ölkəmizdə peşəkar kadrlar yetişir, gənclərimizin səsi, sorağı dünyanın ən nüfizlu ali məktəblərindən gəlir.

Bu nəcib, qüdrətli Azərbaycanımızın gələcəyinə hesablanmış siyasətiniz gənc olaraq bizi fərəhləndirir və eyni zamanda məsuliyyətimizi artırır.

Hörmətli Mehriban xanım!

Xaricdə təhsil almaq məqsədilə ölkəmizdə fəaliyyət göstərən “Pilgrim Education” şirkəti ilə müqavilə bağlamışıq. Lakin adıçəkilən şirkətin rəhbəri Aisa Aslanova adlı şəxsin dələduz əməllərinin qurbanına çevrilmişik. Aisa Aslanova pullarımızı mənimsəyərək bağladığımız müqavilənin şərtlərinə əməl etmir. Biz haqqımızı tələb etdik də bizləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə hədələyir.

Sonradan məlumat aldıq ki, biz tək deyilik, bu şirkət və onun rəhbəri digər gənclərin etimadından da sui-istifadə edərək onların da pulunu mənimsəyib və belə xoş olmayan nümunələr kifayət qədərdir. Onu da diqqətinizə çatdıraq ki, adı hallanan “şirkət” rəhbəri bu gün də ali təhsil ocaqlarda tələbələri öz qurbanına çevirməkdə davam edir.

Təəssüf hissi ilə bildirək ki, hüquq-mühafizə orqanları Aisa Aslanovanın cinayət məsuliyyətinə cəlb olunmasında fəaliyyətsizdir. Ümidimiz yalnız Sizədir.

Biz xaricdə daha yüksək təhsil alaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə bütövləşən, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycana şərəflə, ləyaqətlə xidmət etmək istəyirdik. Lakin dövləti, onun gəncliyini deyil, öz çirkin maraqlarını düşünən, ölkəmizin ali məktəb auditoriyalarını bir-bir gəzərək guya seçim edərək istedadlı tələbələri toplayan Aisa Aslanova adlı birisi buna imkan vermədi.

Hörmətli Mehriban xanım!

Prezident İlham Əliyevin və Sizin rəhbərliyiniz altında bütün dünya Azərbaycan gəncinin nəyə qadir olduğunun şahidi olub. Amma A. Aslanov adlı birisi gənclərimizə zərbə vurmaq, inkişafdan geri salmaqla məşğuldur.

Hörmətli Mehriban xanım!

Xahiş edirik ki, bu qadının və onun rəhbəri olduğu şirkətin fəaliyyətinin ədalətli çəkildə araşdırılmasına müvafiq tapşırığınızı verəsiniz. Sizə sevgimiz, təşəkkürümüz, etimadımız böyükdür.(dosye.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199529

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930