Sağlam qidalan – Sağlam yaşa” videoçarxları təqdim edildi

20.07.2015 - 20:40

rr“Sağlam qidalan – Sağlam yaşa” adlı video çarxın çəkilməsi layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən bu ilin may ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşərək həyata keçirilməyə başlayıb.
Layihənin məqsədi gənc nəslin qidalanmasının vəziyyətinin müşahidə etməklə, sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər və valideynlər arasında məlumatlandırma və maarifləndirmənin təşkilidir.
Sözügedən layihə 3 ay müddətində Bakı şəhəri ərazisində yerləşən müxtəlif təhsil müəssisələrindəki tələbə və şagirdlər arasında həyata keçirilir. Düzgün qidalanma ilə bağlı təlim qruplarının formalaşdırılması üçün Bakının müxtəlif təhsil müəssisələrində oxuyan tələbə və şagirdlər arasında seçim aparıldı. Seçim həmçinin sosial şəbəkələrdə elanlarla seçimə dəvətlər həyata keçirildi. Sonra düzgün qidalanma ilə əlaqədar tədbirlər üçün seçilmiş qruplarla təlimlərin keçirildi. Seçimlərdən keçmiş yeniyetmə və gənclər arasında təlim qrupları (hər biri 20 nəfərdən az olmamaq şərti ilə) formalaşdı. Onlar arasında interraktiv metodlardan istifadə edilməklə “Düzgün qidalanma haqqında məlumat”, “Düzgün qidalanmanın əsas üstünlükləri”, “Düzgün qidalanma üzrə tətbiq edilən mexanizmlər”, “Sağlam qidanın vacibliyi”, “Düzgün qidalanma “piramidası” barədə”, “Fast-fudların ziyanı”, “GMO nədir və onların insan orqanizminə təsiri” mövzularında təlimlər oldu.
İcra olunan layihə müddəti ərzində daha geniş auditoriyanın diqqətini layihədə qaldırılan məsələyə cəlb olunmasından ötür gənclər üçün mövzu üzrə 2 kiçik həcmli təbliğat-maarifləndirici videoçarxlar hazırlandı. I videoçarxda düzgün qidalanmanın vacibliyi, xüsusi ilə yeniyetmə və gənclərin düzgün qidalanması üçün təklif edilən qida “piramida”sı, uzun və sağlam həyat yaşamaq üçün ən effektiv yol kimi tətbiq edilə qida rasionları haqqında məlumat verilir. II videoçarxda GMO (Genetik Modifikasiya olunmuş Orqanizm) – Genetika mühəndisliyi metodları istifadə olunaraq genetik materialı dəyişdirilmiş orqanizmlər və ondan hazırlanan məhsulların insan sağlamlığına göstərdiyi təsir və fəsadlarından söhbət açılır. Həmin videoçarxların daxil edilən xüsusi DVD tirajlanaraq təlimlərdə iştirakçı olmuş şəxslər arasında paylandı və videoçarxların nümayişi üzrə təqdimetmə keçirildi. Videoçarxların daha geniş sayda izləyicinin baxılması üçün youtube-da və sosial şəbəkələrdə yayıldı.
I videoçarxın linki – https://www.youtube.com/watch?v=jbRdhmkpN6M
II videoçarxın linki – https://www.youtube.com/watch?v=m-ykP8YJwCs
Layihə bu ilin iyul ayının sonunda başa çatacaq.
“Sağlam qidalan – Sağlam yaşa” adlı video çarxın çəkilməsi layihəsinin işçi qrupu

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28452

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930