Laçınlılara dayaq olan icra başçısı – PORTRET

20.08.2015 - 23:00

akifselimRespublikada gedən tərəqqiyönlü proseslərdən ilham alan bütün Azərbaycan vətəndaşları kimi, laçınlılar da gələcəyə nikbin nəzərlərlə baxırlar. Onların bu optimist əhvali-ruhiyyəsinin obyektiv səbəbi ölkəmizin get-gedə artan iqtisadi qüdrəti, dövlət rəhbərliyinin həyata keçirdiyi sosial proqramlardısa, subyektiv səbəb Laçın rayon İcra Hakimiyyəti başçısı cənab Akif Səlimovun şəxsiyyətinə olan inamlarıdır. Erməni təcavüzkarlarına qarşı şərəfli döyüş yolu keçmiş Akif Səlimovun timsalında laçınlılar özlərinə layiqli rəhbər tapdıqlarına əmindirlər və onun başçılığı altında zəhmət cəbhəsində nailiyyətlərini artırmaqda, – doğma yurdlarına qayıdacaqlarına olan ümidlərini, əminliklərini möhkəmləndirməkdədirlər.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Akif Səlimov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanları və digər idarələrin rəhbərləri vaxtaşırı olaraq, laçınlı məxburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdə görüşlər və səyyar qəbullar keçirirlər. Akif Səlimov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, Əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlər kimi laçınlıların da bütün qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.

Səyyar qəbullarda laçınlı məcburi köçkünlərin müraciətləri dinlənilir. Müşahidələr göstərir ki, müraciətlərdə qaldırılan məsələlər əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müayinə və müalicə maddi xəhətdən köməklik olunması, işlə təmin edilmə və təhsil məsələləri barəsində olur. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Akif Səlimov məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir. Qəbullarda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər. Akif Səlimov bir çox hallarda sakinlərin evlərində olur, onların qayğı və problemləri ilə yerindəcə tanış olur.

Müstəqilliyimizin ilk ağır illərində bir sıra köçkün rayonların inzibati idarəetmə orqanlarında və hökumət strukturlarında iş “səhra cərrahiyyəsi”ni xatırladırdı deyə, nöqsan və çatışmazlıqlar da az deyildi. Bu bir növ mənfi tendensiya xarakteri aldığından, bəzi üzdəniraq, qeyri-konstruktiv qüvvələrə xidmət edən kütləvi informasiya vasitələri də elə bil həmin rayonların idarə, müəssisə və təşkilatlarının fəaliyyətində analoji nöqsanları şişirdib “qanunsuzluq”, “cinayət” kimi təqdim etməyi və rəhbər vəzifəli şəxsləri yersiz tənqid etməyi adət eləyiblər və ətalət qüvvəsi ilə yenə də tənqid yazmaqda davam edirlər. Akif müəllimin və onunla çiyin-çiyinə dövlətə, xalqa xidmət edən laçınlı ziyalılar da belə hədyan və böhtanlara məruz qaldıqları vaxtlar olub. Lakin müdrik rəhbər kimi Akif müəllim bütün bunların fövqündə dayanıb, daha böyük şövqlə işləməklə, özünün vəzifəyə deyil, vəzifənin ona ehtiyaclı olduğunu sübuta yetirib.

Akif müəllim hakimiyyət, təsərrüfat, sosial və mədəni həyat strukturlarında çalışan bütün pillə kadrları ilə obyektiv, qərəzsiz, təmənnasız, lakin tələbkar münasibətlərə söykənən bir stillə işləyir. O, bir çox başqa rayon rəhbərlərindən fərqli olaraq, Akif müəllim daha mənalı ömür yaşayır, mümkün olduğundan da artıq iş görmüşdür. Xeyirxah əməllər, yüksək mədəniyyət və qabiliyyət sahibi kimi tanınmışdır. Qürurun, əyilməzliyi və dönməzliyiylə, nəhayət, əsl bəyzadəliyiylə on minlərlə insanın qəlbində özünə əbədi heykəl ucalda bilmişdir.

Rayon İcra Hakimiyyətinə başçılıq etməyə başlayandan bəri Akif Səlimov idarəetmədə inzibati amirlik və qəyyumluq hallarının aradan qaldırılmasına nail olmuş, yerlərdən gələn təşəbbüslərə, qaldırılan məsələlərə operativ münasibət göstərmiş, onların həllinə köməklik etməklə bərabər, həm də demokratik iş metodlarının bərqərar olmasına şərait yaratmışdır. Hər kəs istənilən an və çəkinmədən öz ürək sözünü RİH başçısına çatdırıb deyə bilir. İctimaiyyətlə sıx əlaqəsi, xoş rəftarı sadə laçınlılar arasında ona böyük nüfuz qazandırmışdır. Akif müəllimi fərqləndirən cəhətlərdən biri də budur ki, öz təmiz adını, nüfuzunu qorumağı bacarır.

Akif müəllim özünü bir üzdə, bir sifətdə tanıda bilib, olduğu kimi görünüb, göründüyü kimi qalıb. Akif müəllimi fərqləndirən keyfiyyətlər çoxdur: – Laçının tarixinə dərindən bələdçiliyi, adamları, kadrları yaxşı tanıması, onlarla hərtərəfli iş qurmaq təcrübəsi; – dövlət quruculuğu, hüquq-mühafizə və hərbi-təhlükəsizlik sistemi ilə bağlı praktik işdən və qanunvericilikdən baş çıxarması; – sosial infrastruktur sahələrinə yaxından bələd olması; – yüksək intellektual imkanları, siyasi mükalimə və dialoq aparmaq qabiliyyəti; – azad fikrə, açıq sözə, tənqidə hörməti; – başa düşülən və qəbuledilən şəffaf iş üsulu; – təmənnasızlığı, təmizliyi və ədalətliliyi; – obyektivliyi, qərəzsizliyi və s.

Hər insan özünü vəzifələrdə təsdiq edə bilmir. Hansı rütbəni, hansı vəzifəni daşıdısa, Akif müəllim sahib olduğu mərtəbədən ucada dayanmışdır, şərəfli adını və bütövlüyünü qoruyub saxlamış, heç kim üçün – nə adi insanlar, nə də uşaqlıq və gənclik yoldaşları üçün əlçatmaz olmadı. Əksinə, daha sadə, daha başa düşülən, qəbul edilən rəhbər işçi oldu. Buna görə də bütün laçınlılar onunla fəxr edib, qürur duyurlar. Akif müəllimin mövqeyindən, işindən və əməlindən hələ heç bir laçınlı kimi zərər çəkməyib, çətinliyə düşməyib. Çünki o, əsilli-köklü insandır, saf ıə təmənnasız ziyalıdır. Həyatda özünü güclü, kamil bir şəxsiyyət kimi təsdiq etmiş, doğma Azərbaycanımıza ləyaqətlə xidmət göstərən, respublika miqyaslı yetkin bir kadr, ictimai-siyasi xadim kimi tanınıb qəbul edilən Akif Səlimov daim addımların yaşadığı sevinci də, kədəri də dərindən duya bilmiş, kiməsə köməklik göstərə biləndə özünü dünyanın ən xoşbəxt isanı hesab etmişdir. Həyat Akif müəllimi çoxdan sınayıb, o isə həmin sınaqlardan mərdi-mərdanə keçmişdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29893

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930