Azərbaycanlı prokurorun daha bir rüşvət fotosu

09.01.2014 - 14:18

Mirələkbər
Seyidov həbsin bir addımlığında


 

Bir epizod üzrə
cəza alan, sabiq prokuror bu dəfə azadlığını itirə bilər


 

Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işi ilə bağlı
yaradılan istintaq qrupunun istintaqa cəlb etdiyi Binəqədi rayonunun keçmiş prokuroru
Mirələkbər Seyidov haqda yeni faktlar üzə çıxıb.
Xatırladaq
ki, bir neçə gün öncə cumhuriyyət.az olaraq bu istiqamətdə araşdırmalar
apardığımızı bildirmişdik. Həmin araşdırmaların nəticəsi olaraq dəqiqləşdirmişdik
ki,
M.Seyidovun
E.Abdullayevlə nəinki yaxın əlaqələri olub, hətta ondan küllü miqdarda pullar
qəbul edib.

Həmçinin
bildirmişdik ki, cumhuriyyet.az şok video və foto materiallar əldə edib. Həmin
materiallarda Binəqədi rayon prokuroru olarkən M.Seyidovun məhz bu rayonun
ərazisində yerləşən ABU-nun rektoru E.Abdullayevdən açıq şəkildə pullar qəbul
etdiyi görünür. ( fotolar üçün bax: http://www.cumhuriyyet.net/eks/3245-azerbaycanli-prokuror-1-milyonluq-rushvet-alarken.html)

Ötən
ilin iyin ayında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə
təqsirləndirilən M. Seyidov 2 il sınaq müddəti olmaqla 7 il şərti cəzaya məhkum
edilib. M. Seyidov hazırda Fransada yaşayan fəaliyyəti dayandırılmış Azərbaycan
Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin şikayəti əsasında
məsuliyyətə cəlb edilib. İbtidai istintaq zamanı onun barəsində həbs qətimkan
tədbiri seçilməyib, o istintaq başa çatanadək zamində qalıb. Maraqlıdır ki,
M.Ələkbərov yalnız bir epizod üzrə mühakimə edilib. Bizim əlimizdə isə
prokurorun müxtəlif vaxtlarda və müxtəlif adlarla rektordan pullar qəbul etməsi
haqda faktlar var. Ötən sayımızda təqdim etdiyimiz fotolara əlavə olaraq indi
prokuror işləyərkən M.Seyidovun ABU rektorundan 10 min manat alması ilə bağlı
fotonu diqqətinizə çatdırırıq. Bu fakt üzrə sabiq prokuror mühakimə olunmayıb.
Biz araşdırmalarımız zamanı onu da öyrəndik ki, artıq hüquq mühafizə orqanlarına
10 min manat rüşvət alınması ilə bağlı da müraciət hazırlanır. Nəzərə alsaq ki,
M.Seyidov hazırda 2 il sınaq müddəti olmaqla 7 il şərti cəzaya məhkum edilib,
onda növbəti istintaqın onun azadlıqdan məhrum edilməsi ilə nəticələnəcəyini
gözləmək olar.

Onu da bildirək ki, əlimizdə olan faktlara aydınlıq
gətirmək üçün sabiq prokurorun bizdə olan əlaqə telefonuna dəfələrlə zəng etsək
də telefon bağlı oldu. Yaxın günlərdə əlimizdə olan video və foto materialları
tam incələyib sizə təqdim edəcəyik. Bu vaxtadək qarşı tərəfin də mövqeyin
öyrənməyə çalışacayıq.


 

 

                                                                     

 

 

 

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3289

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930