Məmurun vəhşi itləri vətəndaşı parçaladı

12.01.2014 - 19:48

İsmayıllı
və Quba hadisələrinin bu dəfə paytaxtın bir addımlığında
təkrarlanacağı şübhəsizdir.

İsmayıllı
və Quba hadisələrinin bu dəfə paytaxtın bir addımlığında
təkrarlanacağı şübhəsizdir.

 

Son zamanlar məmur özbaşınalığı öz pik nöqtəsinə çatıb. Yerlərdə
özlərini sahibi- mütləq hesab edən icra başçıları əhaliyə şəxsi mülkiyyəti kimi
baxmaqda davam edir və hətta bu özbaşınalıqlarını paytaxtın bir addımlığında
belə icra etməkdən çəkinmirlər. bu dəqiqələrdə cumhuriyyet.az-a daxil olan
məlumata görə Masazırda çox faciəli hadisə baş verib.

Masazır qəsəbə sakini Əbülfəz Əliyev yaşadığı ərazidə yerləşən
adını çəkmək istəmədiyimiz bir məmurun villasının qarşısından keçərkən, məmurun
bağlı olmayan iki vəhşi iti tərəfindən parçalanıb. İki gün xəstəxanada ağır
vəziyyətdə müalicə alan zərərçəkmiş aldığı ağır yaralardan elə xəstəxanada ikən
dünyasını dəyişib. Mərhumun qohumları və yerli sakinlər baş verən hadisədən
olduqca qəzəbləniblər. Qəsəbə sakinlərinin cumhuriyyet.az-a verdiyi məlumata
görə, hakim orqanlar tərəfindən məsələyə aydınlıq gətirilməyəcəyi təqdirdə,
İsmayıllı və Quba hadisələrinin bu dəfə paytaxtın bir addımlığında
təkrarlanacağı şübhəsizdir.

Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=3322

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930