Şeyxin Qazilər “kantor”u ANS-i “vurdu”

13.01.2014 - 12:47

“Bu cür işlərlə məşğul olan adamlar da xəstədir və özlərini həkimə göstərmlidirlər”

 
“Bu adamlar insanları dolayırlar. Elmin inkişaf etdiyi bir dövrdə
bu cür şouların yaradılması nəyə lazımdır?”. Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının
üzvü, qurumun fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə deyib. 
Azərbaycan bəzi televiziya kanallarında, o cümlədən sosial
şəbəkələrdə yer alan “cin çıxarma əməliyyat”ı haqda danışan M. Seyidzadə
bu cür halların mediaya yol tapmasını kəskin pisləyib: 
“İki-üç nəfər axmaq, ANS-in təşkil etdiyi verilişdə cəmləşib,
bilmədikləri məsələlər haqqında ağızlarına gələni danışırlar. Həzrəti
Əlinin bir kəlamı var. O deyir ki, nadan özünü tanımırsa, Allahı necə
tanıyacaq? Bunlar nadan adamlardır, axmaqdılar və onların ağılları sıfır
dərəcəsindədir. Cinlə oturub-dururlar. Bunlar cindən yapışıb, dünyanı
bizə güldürürlər”. 
QMİ rəsmisi həmin vətəndaşlara da müraciət də edib, belə məsələlərə
inanmamağa çağırıb: “Əlbəttə, cin var və o öz işindədir, sən də öz
işində ol. Xəstə adamdır, getsin həkimə müraciət etsin, bu nədir axı…
Həmin verilişi təşkil edən və aparan insanlar da özləri üçün şou
yaratmaq istəyir. Bu cür verilişlərlə də insanları biabır edirlər. İnsan
belə verilişlərə baxdıqca artıq psixoloji problemlər yaşayırlar. 
Hansı kütləvi informasiya vasitəsinə baxırsan “cin belə getdi,
şeytan da belə gəldi” danışırlar. Bunlar boş-boş söhbətlərdir. Onlara
ağıl qoyan yoxdur. Bir ağıllı adam yoxdur ki, onlara desin, gedin oturun
yerinizdə, bu nə işdir edirsiniz? 
Onlar Allahı, Peyğəmbəri tanısalar belə etməzlər. Deməli, tanımırlar və bu cür hərəkətlərə yol verirlər”. 
O, məsələnin dini baxımdan şərhini də verib: “Qurani-Kərimdə Cin
sürəsi var və Allahu-Təala bununla bağlı insanlara bəzi məsələləri
çatdırır. Allah-Təala buyurur ki, mənim adım gələn yerdə nə şeytan
qalar, nə də cin. 
Həmin adamlar özləri cindir və cinləri də yığırlar başlarına.
Axmaq-axmaq hərəkət edirlər. Bu gün mən xəstələnmişəm və ağzıma gələni
danışıram. O demək deyil ki, cin mənim içimə girib. Cinin girməyə başqa
yeri yoxdur? Ümumiyyətlə, bu cür işlərlə məşğul olan adamlar da xəstədir
və onların özlərini həkimə göstərməyə ehtiyacları var”. 
Xatırladaq ki, bir neçə gün əvvəl aparıcı Elgiz Əkbərin təqdimatı
ilə ANS televiziya kanalında yayımlanan “Adam içində” proqramı zamanı
Həsən adlı ekstrasens canlı efirdə bədəndən cin çıxardığını iddia edib. 
O, veriliş boyu epilepsiya xəstəsi olan və daxilində cin olduğu
deyilən gənc qızın bədənindən cin çıxardığını iddia edir. Proqramda
iştirak edən həkim isə “Bu insan xəstədir, müalicə almalıdır” – deyib.
Verilişdən sonra da “Cin çıxarma” əməliyyatı davam edib və bu proses çəkilərək, sosial şəbəkələrdə yayılıb.
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3344

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031