“Hafka” planını həyata keçirməyə başladı
Yanvarın 13-dən Bakıda avtobuslarda da gediş haqlarının kartla
ödənişinə başlanıb. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov
Azadlıq Radiosuna bildirib ki, hazırda kartlar 10 və 95 saylı
marşrutlarda tətbiq olunur: “İlkin mərhələdə iki marşrut üzrə -10 və 95
saylı avtobuslar seçilib. Amma fevralın axırınadək 36 marşrut kart
sisteminə keçəcək. Bu da təxminən 650 avtobus deməkdir”.
Namiq Həsənovun dediyinə görə, kartın qiyməti 3 manatdır, ondan 2 manatı
sığorta depozitidir, 1 manat balansa yüklənir: “1 milyona yaxın kart
sifariş verilib. Kartlar Bakıda fəaliyyət göstərən 80 köşkdə satılır”.
“MasterCard” bazasında hazırlanan bu kartları “Bank of Azerbaijan” buraxıb.
Namiq Həsənov təxminən 450 min kartın hazırlandığını bildirir.
Kartları Bakıda fəaliyyət göstərən köşklərdən, eləcə də “Bank of
Azerbaijan”ın filiallarından əldə etmək olar.
Kartın balansını köşklərdə, eləcə də xüsusi loqotipli satış nöqtələrində artırmaq mümkündür.
Mətbuat katibinin sözlərinə görə, artıq 1000 avtobusda ayrıca qurğular quraşdırılıb.
Qeyd edək ki, pytaxtın nəqliyyat sektoruna nəzarət qeyri-rəsmi olaraq
“Baghlan Group” şirkətinin və “Bakı” futbul klubunun sahibi, “Hafka”
kimi tanınan Hafiz Məmmədova verilib. Bir müddət əvvəl Ziya Məmmədovun
ailəsinə məxsus “Bank of Azerbaijan” da “Hafka”ya dövr edilib. Bu haqda
“AzPolitika.info”-da məlumat verilib. Paytaxtda kart sisteminə keçidin
əsas səbəbi isə ictimai nəqliyyatdan daxil olan vəsaitlərin
mərkəzləşdirilmiş qaydada toplanmasıdır. Yəqin ki, bundan sonra bu
sahədə çalışan iş adamları Hafiz Məmmədovun onlara ayırdığı pulla
kifayətlənməli olacaqlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=3361