Azadlığına əyilməyən İNSAN…

22.01.2013 - 11:31

Bu əyilməzlik
xalqı Əliyevlər monorxiyasına qarşı son və qəti mübarizəyə çağırır

 

 

Bu əyilməzlik
xalqı Əliyevlər monorxiyasına qarşı son və qəti mübarizəyə çağırır

 

 

 

Həyatda çox ciddi 2 məqam, sınaq var ki, insanın
şəxsi xarakterini, kimliyini açıb ortaya qoya bilir; vəzifə və həbsxana.
Vəzifə, hakimiyyət imkanları genişləndirən, dostların, tanışların sayını
artıran, insana dəbdəbəli həyat bəş edən bir məqamdır. Həbsxana isə bütün bu
deyilənlərin əksini göstərən, imkanları məhdudlaşdıran, dostların, tanışların
sayını azaldan, insanın azadlığını əlindən alan bir məkandır. Bir- birinə zidd
olan bu iki məqam həyatın yaxşı və pis üzü olmaqla insanın bütün
keyfiyyətlərini açıb ortaya qoya bilir…

Amma bəzən elə olur ki, hakimiyyətin yuxarı
mərtəbəsində özünə yer tutmuş bir şəxsi olduğu kimi tanımaq üçün onun dəmir
barmaqlılar arxasından- həbsxanadan keçməsinə ehtiyac olur. Eynən Əli İnsanov
kimi…

Nazir kreslosundan müttəhimlər kürsüsünə…

1946-cı il martın 22-də Qərbi
Azərbaycanın Dağ Borçalı bölgəsinin Ləmbəli kəndində anadanolmuş 67 yaşlı Əli
Binnət oğlu İnsanov kiçik elmi işçisi vəzifəsindən millət vəkili, Azərbaycan
respublikasının Səhiyyə naziri vəzifəsinə qədər yüksəlsə də o, vəzifədə olduğu
2005- ci ilə qədər sadə insanların qəlbində avtoritarizmi, sülalə rejimini,
saxtakarlığı, korrupsiyanı cani- dildən müdafiə edən hakimiyyət ortağı, cavan
jurnalist xanımın müsahibə istəyini televiziya ekranında milyonların gözü
qarşısında sayğısızlıqla təhqiramiz şəkildə rədd edən kobud məmur, “simasız,
quldurlar partiyasının” İdarə heyətinin üzvü, evi qızıl, ləl- cəvahirətlə
“dolu” milyoner, səhiyyəmizi bərbad vəziyyətə qoymuş Səhiyyə naziri təsiri
bağışlayırdı..ferid

Amma həyatın başqa bir üzü də var ki,
cəmiyyətin ümumi eybəcərliklərindən, hakimiyyətin qüsurlarından doğan
naqisliklərdən fərqli olaraq insanın əsl simasını, xarakterini, şəxsiyyətini
göstərir. Orası həbsxanadır. Həbsxana elə bir yerdir ki, insanı zorən
hakimiyyətin, vəzifənin, rejimin bulaşdırdığı pisliklərdən təmizləyib onun
daxili keyfiyyətlərini olduğu kimi göstərə bilir. Əgər o daxili keyfiyyətlər
həqiqətən insanlığa və ədalətə hizmət edirsə…

… Əli İnsanov Heydər Əliyev
hakimiyyəti üçün çox şey demək idi. Köhnə KQB generalının hakimiyyətə
gəlməsindən tutmuş, onun hakimiyyətdə möhkəmlənməsinə qədər böyük bir məsafənin
qət olunması, bu işlərin reallaşması üçün ölçüyə gəlməz dərəcdə çalışan,
çarpışan İnsanovun nəhayət ki, bu çarpışmanın öz xalqına faydalı olmadığını
dərk etməsi üçün illər uzunu lazım oldu. Nəhayət, 2005- ci ildə təkcə
vəzifəsini deyil, azadlığını da itirməklə sülalə rejiminə “yox” deyə bildi.
Nazir kreslosunu müttəhimlər kürsüsünə, 59 illik azad, firavan, dəbdəbəli həyat
şəraitini isə 11 illik dörd divarlı, qandallı məhbus həyatına dəyişdi…

Hakimiyyətin Əli İnsanov qisası

… O 8 ildən çoxdur ki, bu
hakimiyyətə asi olduğuna görə həbs həyatı yaşayır. Həbs olunanda da işgəncələrə
məruz qalıb alçaldılan Əli İnsanova qarşı bu münasibət həbsxanada da davam
edib. Hakimiyyət ona qarşı o qədər kinli və qisasçı ruhda olub ki, dörd divar
arasında, dəmir barmaqlılar arxasında belə onun normal yaşamının təmin
olunmasına imkan verməyib. Onu ümumi barakda, nəmişli, darısqal, havasız, yarı
qaranlıq, şəraitsiz yerdə saxlayıblar. Müxtəlif ağır cinayətlərdə ittiham
olunan, 178 nəfər düstaqla birgə saxlanan keçmiş nazir neçə illərdir ki, onlarla birgə yatıb- durur,yeyir- içir,
yoldaşlıq edir və sadəliyini, təmkinini itirmir.

Bu hakimiyyət ona qarşı o qədər
qisasçı ruhda olub ki, əvvəlcə onu dövlət çevrilişində, sonra isə ittihamı
dəyişdirərək iqtisadi cinayətlərdə ittiham edib. Bütün əmlakını, varını, yoxunu
müsadirə edərək, qohumlarını işdən çıxarıb təzyiqlərə məruz qoyaraq 11 il
müddətə azadlıqdan məhrum edib. Bu hakimiyyət ona qarşı o qədər qisasçı quhda
olub ki, 2013- cü ilin 14 martında yerli məhkəmənin
hökmündən Avropa Məhkəməsinə verilmiş şikayət təmin olunsa da Azərbaycan
höküməti həmin qərarı icra etməkdən imtina edib. Avropa İnsan Haqları Məhkəməsi
hesab edib ki, Əli İnsanova qarşı Konvensiyanın 3-cü maddəsi pozulub, ona
işgəncə verilib. Bu işgəncələr ona Bayıl həbsxanasında, 5 saylı istintaq
təcridxanasında, 13 saylı cəzaçəkmə müəssisəsində tətbiq olunub. Əli İnsanov
indi də 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Avropa İnsan haqları
Məhkəməsi hesab edir ki, Əli İnsanov barəsində ədalətsiz məhkəmə keçirilib.
Onun müdafiə hüququ və digər prossesual qaydalar pozulub. Bunları əsas
götürərək Avropa Məhkəməsi Əli İnsanovun xeyrinə qərar çıxarıb və ona bəraət
verilməsini, eyni zamanda, Azərbaycan hökumətinin 10 min avro cərimə ödəməsi
barədə qərar çıxarıb. Amma hakimiyyət bütün yerli və beynəlxalq qanunları
ayaqlar altına ataraq Əli İnsanovu həbsxanadan buraxmaq istəmir.

Əyilməyən iradə monorxiyaya
qarşı…

Təbii ki,
sülalə rejimi öz xislətinə, indiyə qədər yeritdiyi siyasətinə uyğun olaraq Ə.
İnsanovu həbsxanadan sındırıb çıxarmağa çalışır. İstəyir ki, o da digər həmkarı
Fərhad Əliyev kimi həbsxanada bu rejimin cinayətlərini dəstəkləyən bəyanatla
çıxış etsin, azadlığa çıxan kimi isə gedib ulu öndərin heykəli önündə əyilsin,
onun məzarına gül dəstələri qoysun. Əvf ərizəsi yazıb hakim ailədən əvf diləsin.
Amma o bunu etmir. Xəstə, yaşlı olmasına, ailəsi, övladları, nəvələri,
yaxınları yolunu gözləməsinə baxmayaraq onu şərləyib həbs edənlərin, işgəncə
verib aşağılayanların, alçatmağa çalışanların qarşısında əyilmir, alçalmır,
dim-dik durur! O, azadlığa çıxmaq, yenidən həyata, ailəsinə dönmək müqabilində
belə əyilmir. Şərəflə mübarizə aparır, haqqını tələb edir. Dəmir
barmaqlılar,dörd divar arasında qolundakı qandalla olsa belə bu rejimlə
döyüşür. Bütün çətinliklərə, ağır şərtlərə baxmayaraq heç nədən və heç kimdən
qorxmadan məhbəsdən demokratik qüvvələrin vahid namizədi, sülalə rejiminə
meydan oxuyan Cəmil Həsənliyə dəstək ifadə edir.

Ömrünün
kamillik, yetkinlik dövrünü yaşayan Əli İnsanov bilir ki, elin gözü tərəzidir.
Xalq tükü tükdən seçir. Onun bu gün dəmir barmaqlılar arasında göstərdiyi iradə
minlərlə həmvətənlimiz üçün qürur mənbəyidir, mübarizə əzmidir. Bu iradə xalqı
Əliyevlər monorxiyasına qarşı son və qəti mübarizəyə çağırır.

Fərid Abdullayev, CUMHURİYYET.az

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3444

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930