İcra başçısının sirli “Uğan” MMC şirkəti və mənimsənilən yüz minlər

26.01.2014 - 18:50

İcra başçısının sirli
“Uğan” MMC şirkəti və mənimsənilən yüz minlər

İcra başçısının sirli
“Uğan” MMC şirkəti və mənimsənilən yüz minlər
 
Oğuz
rayonunda ciddi abalaşdırma və yenidənqurma işləri aparılır. Amma hər yerdə
olduğu kimi icra başçısı Eyvaz Qurbanov da, öz həmkarlarının yolu ilə gedərək
həyata keçirilən abadlıq işlərindən “öz payını” götürür. Həm də rayona ayrılan
vəsaitlərin təqribən 30-40 faizi həcmində.
Oğuz rayonu ilə bağlı daxil olan məlumatda rayon icra başçısı Eyvaz Qurbanovun
son illər Oğuz şəhərinin abadlaşdırılması yaşıllaşdırılması lahiyyələrində
xərclənən milyonlarla manat vəsaitin bir hissəsini mənimsəmədiyi iddia olunur.
Belə ki, məlkmatda göstərilir ki, 2011-ci ildə Oğuza icra başçsıs təyin olunan
Eyvaz Qurbanov keçmiş sələfindən fərqli olaraq rayonun abadlaşdırılması tikinti
lahiyyələrinin həyata keçirilməsində mühüm addımlar atıb. Ancaq həyata
keçirilən bu lahiyyələrdə böyük həcmdə dövlət vəsaitinin mənimsənildiyi də
iddia olunur.
Mənbə iddia edir ki, 2013-cü ildə Oğuz şəhərində abadlıq, yolların, səkilərin
təmiri. Işıqlandırma işlərinin həyata keçirilməsinə 2 milyon manatdan çox
vəsait xərclənib. Llakin səki və arxların təmiri, abadlıq işləri, işıqlandırma,
yolların təmir işlərini hayat keçirən “Uğan” MMC-yə köçürülən 1,8 milyon manat
vəsaitin bir hissəsi mənimsənildiyi iddia olunur. Həmçinin məlumatda qeyd
olunur ki, “Uğan” MMC icra başçısına yaxın bir şəxsə aiddir və Eyvaz Qurbanov
özünə yaxın olan şirkətə rayonun əsas abadlıq işlərini tapşırmaqla böyük
maliyyə maxinasiyalarına yol verib.
Məlumatda göstərilir ki, “Uğan”MMC icra başçısı Eyvaz Qurbanova arxalanaraq
həyata keçirdiyi təmir, yolların təmiri və çəkilişi işlərində alınan
mal-materialların qiymətində fantastik dərəcədə şişirtmələrərə yol verib. Qeyd
olunur ki, ən böyük maliyyə maxinasiyalarından biri rayonun daxili büdcəsindən
maliyyələşdirilən Bayraq meydanının tikilməsində yol verilib. Milyonluq
layihədə də mənimsəmə hallarının həddindən artıq böyük olduğu bildirilir. Mənbə
bildirir ki, “Uğan”MMC-nin mənimsədiyi vəsaitin çox hissəsi icra başçısına çatdırılıb.
“Uğan”MMC-nin rəhbərliynə gəlincə isə bu barədə rayonda icra başçısından başqa
demək olar ki, heç kim məlumata malik deyil. Sadəcə rayonda gəzən əslində
“Uğan”MMC-nin Eyvaz Qurbanovun özünə məxsus olduğu və bir dostunun adına
sənədləşdirildiyi haqqında dedi-qodular gəzir.
Bundan başqa Oğuz şəhər icra nümayəndəliyi keçən il “xırda” abadlıq işləri üçün
bir çox müəsissələrə 200 minə yaxın vəsait köçürüb. Bu vəsaitin də böyük bir
hissəsinin mənimsənildiyi məlumatda qeyd olunur.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazıırıq…
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3695

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930