Metroda gediş haqları artacaq

16.03.2014 - 01:04

Rəhbərlik bu addımını
metrodan gələn gəlirinin azalması ilə izah edəcək

Metro
stansiyalarında ticarətçilər köşklər üçün onlardan alınan pulların geri
ödənilməsini, onlara möhlət verilməsini, vətəndaşları isə metroda gediş
haqlarında endirim, keyfiyyətli xidmət istəyirlər.
Yeni rəhbərliyin yeni
“islahatı” isə daha çox işsizlik, sosial gərginlik və qiymət artımı vəd edir.

Bu ilin Fevralın 27-də dövlət başçısı İlham Əliyevin
sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətina çevrildi.
Sərəncama əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar
Cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar
Cəmiyyəti yaradıldı. Prezidentin digər sərəncamı ilə səhmdar cəmiyyətin yeni
rəisi təyin edilən Zaur Hüseynovun ilk bəyanatı metro keçidlərində ticarətə son
qoyulacağı haqqında oldu.

Novruzdan sonra metro
keçidlərindəkı köşklərinin sonu

Ardınca “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Fuad
Tağızadə metro keçidlərində ticarət köşklərinin birmənalı olaraq
yığışdırılacağnı söylədi. O, bu qərarı “Günün tələbi belədir ki, xaos olmaması
üçün ticarət köşkləri olmamalıdır” fikri ilə əsaslandırdı. Baş mühəndis Novruz
Bayramından sonra metro keçidlərindəki ticarət köşklərinin mərhələ-mərhələ
yığışdırılacağını deyərək bayram ərəfəsində heç kimi narahat etmək
istəmədiklərini dilə gətirdi. Fuad Tağızadə ticarət köşklərində çalışan
şəxslərlə bağlanan icarə müqavilələrinin vaxtının bitdiyini də söyləyib:
“Nəzərə alın ki, müqavilələr fevral ayı üçün bağlanmışdı”.

1194 ticarət köşkü
söküləcək

Martın 14-də isə APA metro stansiyalarında neçə ticarət
obyektlərinin söküləcəyi barədə məlumat yayıb. “. Bakı Şəhər İcra
Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev söküləcək
ticarət obyektlərinin sayının 1194 olduğunu bildirib. Məlumata görə, “Nəriman
Nərimanov” stansiyasında 185, “Neftçilər” stansiyasında 186, “Koroğlu”
stansiyasında 109, “Qara Qarayev” stansiyasında 94, “Əhmədli” stansiyasında 93,
“Xalqlar Dostluğu” stansiyasında 96, “İnşaatçılar” stansiyasında isə 88 ticarət
obyekti söküləcək. Bildirilib ki, ticarətçilərə alternativ olaraq  “Yaşıl”, “Şərq”, və Keşlə bazarlarında,
“Günəş” və AMAY ticarət mərkəzlərində yerlər təklif edilib. Siyahıda metronun
“28 May” stansiyasında heç bir obyektin sökülməyəcəyi qeyd olunub.

 

Zaur Hüseynovun məlum açıqlamasından sonra metro
keçidlərində ticarət obyektləri olanlar idarənin qarşısında aksiyalar
keçirdilər. Polis onların aksiyalarının qarşısını alsa da, tələblər idarənin
rəsmilərinə çatdırıldı. Dükan sahiblərinin Meydan TV-yə verdikləri məlumata
görə, 2013-cü ilin sonlarında yeni köşklər üçün Bakı Metropoliten İdarəsi
onlardan 15 min manat pul alınıb. Şikayətçilərin bəziləri o pulu ödəmək üçün
borca girdiklərini, banklardan kredit götürməli olduqlarını bildirilər.
Ödədikləri bu məbləğı qazanmağa macal tapmadan Metropolitenin yeni
rəhbərliyinin onları uçurması haqda qərarı ticarətçiləri hiddətləndirib. Onlar
neçə il öncə o köşkləri almaq üçün də 20-30 min manat pul xərclədiklərini
deyirlər. Ticarətçilərin daha bir tələbi isə məhz ödədikləri bu pulların geri
qaytarılmasıdır.

Köşk sahibləri qərarın 5 min nəfəri işsiz qoyacağını və
xeyli maddi itgilərə məruz qalacaqlarından da narahat olduqlarını bildirirlər.
Ancaq yeni rəhbərlik qərarında qəti olduğunu bir daha media vasitəsilə
bildirdi.

 

Hacıbala Abutalıbovun
təklifi rədd olundu

Martın 14-də şikayətçilər Prezident Administrasiyasında
qəbul olunsalar da, onları paytaxt icra hakimiyyətinə yönləndiriblər. İcra
başçısı Hacıbala Abutalıbovla görüşən dükan sahiblərinin 1 il möhlət istəkləri
rədd olunub. İcra başçısı onlara “Günəşli, “Şərq” və “Yaşıl” bazarlardan yer
ayıra biləcəklərini və 3 ay icarə haqqı alınmayacağı bildirib. Ancaq
şikayətçilər bununla da razılaşmayıb. Hacıbala Abutalıbov metro keçidlərində
ticarətin yığışdırılmasını belə əsaslandırıb ki, Bakını Avropa şəhəri kimi
görmək istədiyindən stansiyalardakı köşklər yığışdırılmalıdır. Vətəndaşlar isə
“Bizə Avropa lazım deyil, biz acıq” deyə icra başçısına etirazlarını
bildiriblər. Beləliklə, şikayətçilərlə dil tapa bilməyən icra başçısı görüşü
yarımçıq tərk edib.

Əhali təmizlik və
gediş haqqının endirilməsini istəyir

 

Meydan TV-nin vətəndaşların metroda hansı islahatların
aparmasını istəmələri haqda sorğudan məlum olub ki, paytaxt sakinlərinin
tələbləri müxtəlifdir. Vətəndaşlar metroda təmizliyin, internetin olmasını,
gediş haqqının endirilməsini, qatarlar arasında intervalın azalması,
pensiyaçılara güzəştlərin tətbiqini və ticarətin yığışdırılmasını da
istəyiblər.

“Ya büdcədən
kompensasiya, ya da gediş haqqı artırılacaq”

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə müsahibəsində metro
keçidlərində ticarətçilərlə yeni rəhbərlik arasında yaranan problemin
səbəblərini müqavilə mədəniyyətinin olmaması və qanunların işləməməsində görür.
İqtisadçı güman edir ki, yeni rəhbərlik bir müddət sonra daha yüksək icarə
haqqı tətbiq etməklə ticarəti bərpa edə bilər: “Bu, metro ticarəti ilə məşğul
olanların prezidentə müraciətini təşkil etməklə mümkün görünür. Yəni
prezidentin əhaliyə bir jesti kimi belə bir addım gerçəkləşə bilər. Ona görə
ki, bu praktika ilə dəfələrlə rastlaşmışıq”- deyən iqtisadçı, bu yolla İlham
Əliyevin bir daha humanist, ədalətli ölkə başçısı imicinin yaradılmasına
çalışılacağını qeyd edib.

 

Natiq Cəfərli metroda gediş haqqının yaxın zamanda artırılmasını da real sayır. Rəhbərlik bu addımını metrodan gələn
gəlirinin azalması ilə izah edəcək:”Ya büdcədən metroya konpensasiya artacaq,
ya da gediş haqqı artırılacaq”.

Müsahib yeni rəhbərliyin qərarında qəti olacağı təqdirdə
sosial gərginliyin müəyyən dərəcədə artmasının real göründüyünü dedi.Meydan.TV

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5113

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930