Raqub Məmmədova qarşı uğursuz qarayaxmalar və gerçəklik

30.01.2016 - 22:40

raqubBəlkə də bu yazını oxuyanların bir çoxu “dəyməzdi”, “nəyə lazımdı” deyib narazı qalacaq. Amma, əziz oxucu, bir anlıq toxta dur! Axı susmağın qızıl olması haqda məsəl etiraz və ya haqqı qorumaq anlamında işlənməyib. Əksinə haqsızlığa və ədalətsizliyə susmağın özü günahdır. Nə isə.. Bu girişimizdən sonra birbaşa mətləbə keçək. Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov haqda son günlər mətbuatda ən müxtəlif iddialar yer alır. Bu iddialara susqun qalmaq olmur, ona görə bəzi məqamlar haqda yazmağı vacib bildik.
Bu barədə cumhuriyyet.az olaraq bir dəfə yazmışdıq. Bəzi media orqanları Ağdamn rayon İcra Hakimiyyətinin başçısını tənqid edərkən hissə qapılırlar. Ən azı Raqub Məmmədov barəsində tənqid yazarkən sıradan biri haqqında deyil, dövlət adamının hədəf seçilməsi götür-qoylarla nəzərə alınmır. Raqub Məmmədov kimdir, hansı suallara cavab verir, o nədən Prezidentin etimadını qazanıb, dövlətin yüksək adlarına layiq görülüb kimi əmsallar peşəkarcasına aparılan paralellərdən sonra qeyd olunmur. Bu suallara jurnalistlərin yerinə cavab verib, pərdəni və həmkarlarımızla aramızda olan məsafəni aradan götürmək, onları pis vəziyyətdə qoymaq istəmirik. Amma… Amma sözünü boşuna işlətmirik.  Çünki, bəzi sayt və qəzetlər də nəzərə almalıdır ki, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov barəsində tənqid yazarkən şayələri xəbərə çevirməsinlər, faktlara əsaslansınlar. Təəssüf ki, hər zaman belə olmur. Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. Həmin anda mətbuat artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifrazedən zob funksiyasını yerinə yetirən kimi görsənir. Bələ hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Axı bəzi KİV nümayəndələri nədən halal yolla əldə ədilən vara yox, kimlərinsə kabinətlərinə dəvət ədilərək orada aldıqları zakazları yərinə yetirirlər. Nədən fikirləşmirlər ki, onlar KİV nümayəndəsi üçün ümdə olan ədalət prinsipini pozurlar. Tarixdə düşməninə də məhz ədələtli davranışlarına, görə ədalətli mühakiməsinə görə düşməni müsbət qiymət verib. Hesab etmirəm ki, KİV nümayəndələri bu tarixi örnəklərdən xəbərsizdirlər. Yaxşı olmazdımı ki, həmin kolleqalarımız daha yaradıcı olsunlar. Məsələn, cəmiyyətdə həç kimin görə bilmədiklərini görüb ictimailəşdirsinlər. Onda indikindən daha cazibədar və daha sanballı görünər, cəmiyyətdə hamı tərəfindən sevilərək qəbul ədilərlər.
Zatən, bəzi media orqanlarında qələmə alınan cızma-qaraların qərəz məhsulu olması, hansı xırda maraqlara xidmət etməsi hər kəsə gün kimi aydındır. Son vaxtlar bir sıra media quruluşlarında Ağdam Rayon İcra Hakimiyyəti və onun başçısı Raqub Məmmədov haqqında həqiqət yükündən məhrum informasiyalar yer alır.  R.Məmmədov bəziləri kimi saxtakar deyil. Bəziləri kimi üzündə təbəssüm, ancaq ürəyində elə, obaya nifrət etmir və bu gün o, Ağdam rayon icra hakimiyyti üçün ən uğurlu rəhbərdir və bacardığı səviyyədə də işləyir. Bizim sözümüz başqalarının əlində balta kimi istifadə olunan sapı özümüzdən olanlara, qərəzli media orqanlarınadır. Dostlar, inanın ki, sizdən Raqub Məmmədova qarşı istifadə edirlər. Bu şəxslər sonradan sizə lağ da edirlər. Bunların fikri rayonda qarışıqlıq yaratmaqdır. Onlar bu məkrli oyunlara sizləri qatırlar. Ona görə də maksimum dərəcədə bu oyunlardan çəkinin, kimlərinsə əlində başqalarına qarşı dəyənək olmayın. Bu şəxs özünü təkcə icra başçısı yox, həm də bu elin oğlu hesab edir. Belə bir adama şər atmaq, haqqında böhtan danışmaq, ədalətsizcəsinə mühakimə etməyi nə bəndə, nə də Allah götürməz.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=52212

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031