Göyçay DYP-də korrupsiya

Neqativ halların, yəni rüşvətxorluq və korrupsiya hallarının, hətta polis özbaşınalıqlarının geniş şəkildə baş verməsi Göyçay rayonuna şamil olunur.Redaksiyamıza Əfqan Aslan oğlu Orucov müraciət edərək bildirmişdir ki, Göyçay rayon DYPB rəisi Elman Əliyev, ondan 400 manat rüşvət tələb etmişdir.Əgər qeyd olunan məbləği ödəmədiyi təqdirdə DYP-nin rəisi onu məhkəməyə verəcəyini və sürücülük hüququndan məhrum edəcəyini bildirmişdir.Vətəndaşla DYP rəisi arasında pul mübahisəsi yaranmış, yəni Əfqan Orucov DYP rəisinə bildirmişdir ki , mənim 400 manata yox, 300 manata gücüm çatır. Bu zaman DYP rəisi vətəndaşın üstünə qışqıraraq onun otaqdan dərhal çıxmasını tələb etmiş, maşının sənədlərini məhkəməyə yollayacağını dilə gətirmişdir.Ətraflı aşağıdakı videodan izləyə bilərsiniz:
Short URL: http://www.cumhuriyyet.net/?p=5654