Heydər Əliyev haqqında bildiklərimiz və bilmədiklərimiz

14.07.2012 - 00:57

70-ci illərin arxiv sənədlərindən maraqlı qeydlər…

Dəyərli oxucular, bir müddət öncə yaxın tariximizin əhəmiyyətli hissəsi
olan 1960-70- ci illərdə ölkəmizdə cərəyan etmiş hadisələrə işıq tutmaq üçün
sisilə yazılar dərc etdik. Bu yazılar oxucularımız tərəfindən böyük maraq və
rəğbətlə qarşılandı. Qəzetimizin 1- 4 mart 2014- cü il sayında bu yazılara ara
verib tariximizin qanlı səhifələrindən olan 1994- cü il mart hadisələri ilə
bağlı araşdırma yazılar dərc etdik. Bir çox oxucularımız şərti olaraq
“durğunluq illəri” kimi adlandırılan həmin dövrə aid yazılara ara verməyimizlə
bağlı redaksiyamıza xeyli suallar ünvanladılar, narahatlıqlarını bildirdilər.
Biz o zaman da söz verib bildirmişdik ki, araşdırmalarımız davam edəcək. Budur,
sizə verdiyimiz sözə əməl edərək silsilə yazılarımızı bərpa edirik. Məqsədimiz
yaxın tariximizə işıq tutmaq, arxiv materiallarını, şahid ifadələrini, yaşayan
və dünyasını dəyişən şəxslərin fikirlərini oxucularımıza çatdırmaqdır. Həmin
dövrü araşdıran, tədqiq edən, deməyə sözü olan, mövqeyindən asılı olmayaraq hər
bir şəxsi dinləməyə, fikirlərini dərc etməyə hazırıq. 

 

(əvvəlini
burdan  http://www.cumhuriyyet.net/sonxeber/5864-heyder-eliyev-qambay-memmedov-qarshidurmasi.htmloxuya bilərsiniz)

Yolumu Bakıya
salan seçim…

SSRİ prokurorluğunun  istintaq idarəsində buna görə Məmmədovun
işinin istintaqından imtina edirdilər. Bu səbəbdən müttəfiq
respublikalarda  müstəntiq axtarışına
çıxdılar. Seçim Ukraynanın üstündə dayandı. Bu seçim mənim yolumu Əliyevin  respublikasına saldı.

 Aprelin
axırı idi. Mənə Ukrayna prokurorunun müavini Skopenko zəng etdi.

– Svetliçnin yanına get və ona bildir ki, biz səni Kiyevə çağırırıq. Təcili bilet al, ən
uzağı sabah Kiyevdə ol.

Skopenkonun göstərişini Vladimir Qriqoriyeviçə
çatdırdım. Bu xəbərdən o bir qədər narahat oldu, məndən bir az incidi də. Belə
düşünürəm ki, Skopenko ona birbaşa zəng etməmişdi.

Kiyevdə məni respublika prokuroru Qlux qəbul etdi.

– Biz səni işə götürük, Nazirlər Sovetinə pasport
qeydiyyatınla bağlı məktub yazmışam, sizə mənzil seçirlər, bir-iki aya həll
ediləcək. Ancaq həllik sizə bir tapşırığımız var. Azərbaycan SSR-in Ali
Sovetinin sessiyasında keçmiş prokuror Əliyevin əlehinə çıxış edib. Onun
haqqında cinayət işi açıblar, bir Allah bilir ki, onu nədə günahlandırırlar.
Əəlbəttə, bütün bunlar  cəfəngiyatdır,
burada hər şeyi yerinə qoymağa ehtiyac var. Naydenov bizə müstəntiq seçmək haqqında
tapşırıq verib, bu işi öz üzərinə götürən müstəntiq seçməliyik. Biz sizin
üzərinizdə dayanmışıq. Elə bu gün Moskvaya gedin, sizi orda biletlə təmin edəcəklər. Moskvada sizə ezamiyyət
yazacaqlar, daha dəqiq tapşırıqlar verəcəklər. Bir -iki aya araşdırıb geri
qayıdarsan. Sən qayıdana kimi burda da hər şey hazır olacaq…

Mən onda başa düşmürdüm ki, Qlux
Skapenko məni qurban vermək üçün seçiblər. Məmmədovun işini aparacaq  müstəntiqin bu sistemdə  “yaşaması”nın mümkünsüzlüyünü mən sonradan
bildim. SSRİ prokurorunun müavini Qluxa zəng edir, o da Skopenkoya. Sonuncu
məni seçmişdi. Işin öhdəsindən gəlməsəm, respublika prokurorluğunu günahkar
biləcəkdim. Sonda respublika prokuroru demişdi:

      Əgər
qayıtsa, bu onun  üçün çox yaxşı
xasiyyətnamə olacaq. Naydenova zəng edib mənim namizədliyimi vermişdilər. Koliniçenko  öhdəsindən gələcək, mən onu yaxşı
xatırlayıram. Naydenovun bu sözləri Qluxu sakitləşdirmişdi.

Bakı
istədiyin almaq istəyir…

Günəşli və təbbəsümlü Bakıdayam. Məni çox yaxşı
qarşıladılar. İlk andan hörmət və diqqət gördüm. Elə həmin gün məni respublika
prokuroru Abbas Zamonova  təqdim etdilər.
Orta boylu, ağbaş, zahirən xeyixah adam təsiri bağışlayırdı. Stolun üstünə
əlinin altına ağ dəsmal sərmişdi. Söhbət zamanı bir neçə dəfə çay təklif
etdilər. İlk baxışdan yəqin etdim ki, prokurorluqda münasibətlər yaltaqlıq
zəminində qurulub. Otağa girənlər əzilib büzülür, daha mənalı sözlər seçir,
mübahisə etmirdilər. Hər şey, “bəli”, “baş üstə” ilə yekunlaşırdı.

Razılığa gəldik ki, birgə hərəkət edəcəyik, mən
Zamanovu əmin etdim ki, heç nəyi ondan gizli saxlamayacağam. Bu sözlərim onun
çox xoşuna gəldi.

7 cild və…

 

 Cinayət işi
yeddi cilddən ibarətdi. Tanışlıqdan sonra başımı tutdum. Redaksiyalarda,
MK-nın, prokurorluğun və digər təşkilatların arxivində Məmmədovla bağlı bütün
yazılanları işə tikmişdilər.  Bu
məktublara yazılan cavabları, arayışları məhv etmişdilər. Bu iş anonim
məktublardan başqa bir şey deyildi. İstintaq da elə bu quru məktublar üstündə
aparılmışdı.

Mən onları sistemləşdirməkdən başladım.
Məktublarında çoxu əslində istintaq aparmağa yaramırdı. Yaranmış vəziyyətlə
bağlı məsləhət almağa, müzakirə etməyə bir adam yoxdu. Hamı yaxasını kənara
çəkirdi. Mən qərar qəbul etdim, məktubların çoxunu Azərbaycan prokurorluğuna
qaytardım.  

Zamanov mənimlə razılaşdı. Özümə 6 epizod saxladım.
Onlardan da yalnız birində Məmmədovun vəzifəsindən sui-istifadə yarıbayarı  təsdiqini tapa bilərdi.

Mənə yaxınlaşan müstəntiqlərdən bir çoxu söz arası
xatırladırdı: bu iş sifarişdir. Birinci şəxs öz fikrini açıq deyib, indi
məsələnin hüquqi tərəfini həll etmək, deyilənləri əsaslandırmaq, cinayət
məcəlləsinin maddələrinə uyğunlaşdırmaq lazımdır.

Qohumusan, al
cəzanı!..

Mən heç cür başa düşə bilmirdim, bütün baş
verənlərə görə niyə Məmmədovun qohumları əzab çəkməlidirlər? əslində bu nə
əxlaqa, nə də qanunlara  sığmırdı. İşdən
qovurdular, əsaslı, əsassız  həbsxanaya
atırdılar. Əliyev bütün kininin Məmmədovun qohumlarının üstünə tökürdü. İzahat
verməyə gələnlər Məmmədov familiyasından çəkinirdilər.

Heç cür unuda bilmirəm. İsti yay günlərindən
birində qapının ağzında dayanmış bir qadın gördüm. Içəri dəvət etdim. Bu Qambay
Məmmədovun  əmisi qızı idi.

Ovcundakı qabarları göstərib  ağlaya , ağlaya deyirdi: Nəyə görə? Nəyə
görə? Nəyə görə? Bir birinə bağlı olmayan sözlərdən bunu anladım ki, qızı
pedaqoji universitetdə imtahan verib, elə birinci imtahanda  soruşmadan Qambayın qohumusan deyə iki
yazıblar. O deyirdi ki, Qambay Məmmədov heç vaxt onun evində olmayıb, o da heç
onun evini tanımır. O başa düşmürdü, bu kəndli qadından qızından niyə intiqam
alırdılar? Mən cavab verə bilmirdim. Nə deyə bilərdim ki? Yalnız halına
acıyırdım. Bu adamların Moskvaya göndərdiyi bütün şikayətlər Bakıya ,
Azərbaycan KP MK-ya qaytarılırdı. Dərkənarda yoxlayın cavab yazın. Kimdən
kimə?!  Bədbəxt adamlar  dolana, dolana qalmışdılar.

Əhmədovun
bəraət istəyi…

Məni daha bir bakılı ilə tanış etdilər. Böyük britaniya vətəndaşı idi. 60 -cı illərdə
atası Göyçay şirə zavodunun direktoru olmuşdu. Əliyev hakimiyyətə gələn kimi
Ali Sovetin sədri Məmməd İsgəndərovdan intiqam almaq, vəzifədən uzaqlaşdırmaq
üçün Teymur Əhmədovu həbsxanaya atmışdı, haqqında ölüm hökmü çıxarılmışdı və
hökm icra olunmuşdu.  Fərhad Əhmədov

  heç olmasa
ölümündən sonra atasına bəraət almaq istəyirdi. Bakıya mənim xahişimlə  təcrübəli bir vəkil getdi. Vəkil sonradan
mənə dedi:

      Mən
bilmirəm, bu insan oğruluq edib, yoxsa etməyib, deyə bilmərəm, ancaq işdə onun
günahkar olması barədə heç bir sübut yoxdur. Bu həqiqətdir.

Mən senator, “Nortqaz” şirkətinin prezidenti Fərhad
Əhmədovun anası ilə birlikdə Əliyevin qəbrini ziyarət etdiyini, əklil qoyduğunu
Koliniçenkoya demirəm, utanıram, ən varlılarımızdan biri ata ruhunu belə
qoruyursa, onda əli heç nəyə çatmayanları niyə qınayaq?!

“Rusiyadan –
əli qandallı”

Azərbaycanda hansısa məhkəmə qərarından şikayət
etməklə bəraət almaq  çox çətindir, bəlkə
də mümkün deyil. Kimsə biri -biri ilə qanun adı ilə qanunsuz şəkildə haqq hesab
çürüdə, intiqam ala bilir. 1997-ci ildə “İzvestiya” qəzetində Valeri Vıjotiçin
“Rusiyadan -əli”qandalla” adlı bir yazısı dərc edilmişdi. Qambay Məmmədov kimi prezident
Əliyevin indiki düşmənləri də Moskvada sığınacaq axtarırdılar. Elə 70-ci
illərdə olduğu kimi bu gündə Azərbaycanda sifarişli həbslər “uğurla” aparılır,
siyasi rəqiblər ömürlük həbsxanalara atılır və görünməyən əllərlə qətlə
yetirilirlər.

Elə bil yalnız illər dəyişib, Azərbaycan isə həmin
ölkədir… Bunu da mənə Kaliniçenko xatırladır.

Kişniyovda
ümidsizlik zəngi…

1979-cu ildə Moldaviyada kriminalist prokurorların
müşavirəsi keçirilirdi. Mən Bakıdan Kişniyova uçdum. Skapenko ilə görüşdüm.
Axşam  otağına dəvət etdi. Bakıda işlərin
necə getməsi ilə maraqlandı. Düşdüyüm çətin vəziyyətlə bağlı ona məlumat
verdim. Təyinatım və mənzil məsələsinin nə yerdə olduğunu soruşdum. -sən işi
yekunlaşdır, geri dön, baxarıq, – dedi.

Mənim sabaha heç bir ümidim qalmadı. Bu əhvalla
Bakıya döndüm.

(ardı var)

Tacəddin Lətifov

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6053

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930