Bakının mərkəzində ilan xofu

20.06.2014 - 00:45

Paytaxtın mərkəzindəki yataqxanalardan birində ilan tapılıb. ANS TV-nin məlumatına görə, paytaxtın Yasamal rayonu, Şərifzadə
küçəsi, 1 ünvanındakı Texniki Universitetin yataqxanasının 4-cü
mərtəbəsində qəfildən ilan peyda olub. Belə ki, ilan blokun tavanında
görünüb, daha sonra o, dayanıb qonşuları ilə söhbət edən xanımın üzərinə
düşüb. Ancaq xoşbəxtlikdən ilan onu sancmayıb. Sadəcə xanımın üzərinə
düşən ilan elə onun üzərindən də aşağıya doğru hərəkət edib. Bunu görən
qonşular təşvişə düşüb. Sürünən elə dərhal qonşular tərəfindən
zərərsizləşdirlib.

Yataqxana sakinləri deyr ki, bir il bundan öncə də belə ilanlar bu
binaya qonaq gəlibmiş. O, vaxtdan bu günə yaşayış yerinə sürünənlərin
əleyhinə zərdab vurulmaması sakinlərin hiddətinə səbəb olub. Uçuq-sökük bu köhnə binanın demək olar ki, divarlarında müxtəlif cür
dəliklər var. Sakinlər artıq çarəsizlikdən həmin dəlikləri özləri
qapamağa məcbur olub. Hər halda aidiyyatı qurumlar bu binada mövcud
vəziyyəti nəzərə alıb hər hansı bir tədbir görə bilər ki, burda yaşayan
sakinlərin sürünənlər hücumuna məruz qalmasın.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=8611

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31