İsmayıllı icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səyyar qəbul-görüşlər keçirib

16.02.2017 - 10:13

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov növbəti qəbul-görüşünü Topçu kənd sakinləri ilə tam orta məktəbin iclas zalında keçirib. 160 nəfərə qədər kənd sakininin qatıldığı görüş-qəbulda hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri də iştirak edib. RİH-nin başçısı yerli maliyyələşmənin təmin edilməsi ilə bağlı görüləcək işlərdən, həyata keçiriləcək layihələrdən, yeni-yeni istehsal sahələri açılmasında hər bir bələdiyyənin, icmanın fəal iştirakının vacibliyindən, kəndin mövcud problemlərindən, onların aradan qaldırılması yollarından danışıb. Məsləhət görüb ki, bu yerlər üçün ənənəvi təsərrüfat sahəsi olan baramaçılığı və tütünçülüyü geniş miqyasda bərpa etsinlər. Meşə talalarında qoz və fındıq bağları salsınlar. Kəndin sosial məsələlərinin həlli üçün yığılıb qalmış vergi borclarını ödəsinlər. Təkliflər iştirakçılar tərəfindən məmnuniyyətlə qəbul olunub. Sakinlərdən İlham Sadıqov, Nəriman Məmmədov və başqaları təklif ediblər ki, təzə artezian quyusunun suyu mövcud su xəttinə qoşulsun, kəndin yeni məhəlləsində transformator quraşdırılsın, qaz yanacağı ilə təchizat yaxşılaşdırılsın. Qaldırılan məsələlərin həlli üçün aid təşkilatlara müvafiq tapşırıqlar verilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov vaxtilə məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün dövlət tərəfindən salınmış “Qarabağ” qəsəbəsində tez-tez olur, sakinlərin sosial həyatında yaranan hər bir problemin həlli üçün tədbirlər görür. Mirdaməd müəllimi və onunla birgə görüş-qəbula gələnləri məcburi köçkünlər səmimiyyətlə qarşılayıblar. Buradakı məktəbin foyesində görüş-qəbul keçirilib.
RİH-nin başçısı Mirdaməd Sadıqov məcburi köçkünlərə dövlət qayğısından, yeni iş yerlərinə məcburi köçkünlərin cəlbindən, yerli imkanlar hesabına onların bir sıra problemlərinin həllindən danışıb. Məcburi köçkün Asif İbrahimov qəsəbədə mərasim evi tikilməsinə yardımçı olmağı, Tahir Əliyev ATS üçün bir otaq tikilməsini, məktəb direktoru Zahid Namazov şəhərarası avtobus marşrutunda intensivliyin artırılmasını, “Kökəltmə birliyi” ərazisində müvəqqəti məskunlaşmış Qarabağ müharibəsi əlili Mahir Vəliyev onun üçün fərdi ev tikilməsini xahiş edib.
Bütün təklif və xahişlərə həssaslıqla yanaşan Mirdaməd Sadıqov hər bir məsələ ilə əlaqədar aid struktur rəhbərlərinə konkret tapşırıqlar verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88348

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930