Füzulidə istixana kompleksi fəaliyyətə başlayıb

29.03.2017 - 10:36

Prezident cənab İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, onların fəaliyyətinə müdaxilələr edilməməsi, yeni iş yerlərinin yaradılması, sahibkarlar üçün yerlərdə münbit şərait yaradılması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Rayonda görülən işlər, həyata keçirilən tədbirlər məhz ölkə başçısının bu sözlərinə uyğun aparılır, sahibkarların daha da yaxşı işləmələri üçün şərait yaradılır.
Füzulidə sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, hazırda yüzlərlə şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər. Yaradılan şəraitin nəticəsidir ki, Horadiz şəhərinin inzibati ərazisində iş adamı tərəfindən 10 ha sahədə müxtəlif növ kənd təsərrüfatı məhsulları yetişdiriləcək istixana kompleksi yaradılmışdır. İstixana kompleksində müasir texnoloji avadanlıqlar qurulmuş, istilik-mühafizə pərdələri, havalandırma və suvarma sistemləri yaradılmışdır. İstixana kompleksində ilkin mərhələdə pamidor və xiyar yetişdirilməsi nəzərdə tutulub. Burada istehsal olunacaq ixrac yönümlü məhsullar rayonun daxili bazarları ilə yanaşı respublikanın müxtəlif regionlarında da satılması və gələcəkdə xaricə ixrac nəzərdə tutulub. Kompleksdə məhsulların qablaşdırılması istehsal olunan tərəvəzin keyfiyyətini itirmədən istehlakçılara çatdırılmasına imkan verir. Kompleksin fəaliyyətə başlaması ilə ilkin mərhələdə rayondan olan 30 məcburi köçkün burada daimi işlə təmin olunublar.
Füzuli rayon İcra Hakimiyyəti bir daha respublikanın hansı bölgəsində olmasından asılı olmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarını rayona dəvət edir, onları rayonda fəaliyyət göstərməyə, yeni iş yerləri açaraq sahibkarlıq fəaliyyətlərini genişləndirməyə çağırır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91447

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930