Zərdüşt Əlizadə: “İran Azərbaycana viza rejiminin tamamilə ləğv olunması üçün təklif etmişdi”

11.07.2016 - 15:32

az-iranÖtən gün Tehranda Nazirlər Kabinetinin iclasında Ermənistanla İran arasında viza rejiminin ləğvi ilə bağlı razılaşma təsdiqlənib. Sənədə əsasən, İran və Ermənistan vətəndaşları viza olmadan 180 gün ərzində 90 gün digər ölkənin ərazisində qala bilərlər. Bəs Azərbaycanla viza rejimi niyə ləğv olunmur?

Mövzu ilə bağlı “Qaynarinfo.Az”a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, İran Azərbaycan vətəndaşlarına vizanı ləğv edib:”Azərbaycan vətəndaşı viza almadan xarici pasportu göstərməklə İran sərhədini keçə bilər. İran Azərbaycana viza rejiminin tamamilə ləğv olunması üçün  təklif etmişdi. İran vətəndaşları Azərbaycana gəlmək üçün viza almağa pul ödəyir. İran dəfələrlə bildirib ki, bizim vətəndaşlar Azərbaycana getmək istəyir, sizdə də turist sayı arta bilər, bizdən təhlükə gəlməz, lakin Azərbaycan tərəfi viza rejmini ləğv etməyib”.

Zərdüşt Əlizadə

Politoloq bildirib ki, Türkiyə ilə də viza rejimi  həmin qaydadır:”Türkiyə bizdən viza tələb etmir, lakin biz türklərdən viza tələb edirik. İranın Ermənistanla viza rejmini ləğv etməsi və sıx münasibətini sadəcə yaxşı qonşu münasibətləri  kimi qiymətləndirmək olar. Bütün dövlətlər öz qonşuları ilə yaxşı münasibət qurmağa çalışır. İran təkcə Ermənistanla deyil, Türkiyə Azərbaycan, Pakistan və digər qonşu dövlətlərlə də münasibəti yaxşı saxlamağa çalışır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=69516

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930