RUSİYANIN QAFQAZ SİYASƏTI: Dəyişməli olan strateji partnyorlar -TƏHLİL

03.08.2016 - 15:18

taRUSIYANIN QAFQAZ SİYASƏTI: Dəyişməli olan strateji partnyorlar.

Rusiyanın  Qafqazlarda iştirakı onun imperiya tarixindən müasir zamanımızadək müxtəlif formalarda olmuşdur. Regionun inkişafı və burada baş verən proseslər Rusiya ilə əlaqəli olmuş və hazırda da əlaqəlidir.
Müasir dövrdə Rusiyanı imperiya ambisiyalarından imtina etməyən ölkə kimi tanımlayan avropalılar hazırda qonşu ölkəyə qarşı iqtisadi sanksiyalar tədbiq etmişdir ki, bu da özü-özlüyündə MDB məkanındakı əksər ölkələrə dolayı yolla mənfi təsir edir. Bu ölkələrdən biri də məhz Azərbaycandır. Ölkəmizin qeyri-neft sektorda ən çox alış-veriş etdiyi ölkə Rusiyadır. Hazırda 2 milyondan çox azərbaycanlı qonşu ölkənin ərazisində işləyir və ölkəyə kapital axınını müəyyən mənada olsa da təmin edir. Azərbaycan belə beynəlxalq durumda mehriban qonşuluq münasibətlərinə sadiq qalaraq Rusiyaya qarşı çıxmadı və öz xarici və daxili siyasətinin kənar qüvvələrdən asılı olmadığını göstərdi. Biz Cənub Qafqazda bir müstəqil ölkə kimi, Rusiyaya bir dost ölkə kimi ona yük olmadıq və öz dəstəyimizi sözdə deyil əməldə göstərdik.
Mənfur düşmən ölkə Ermənistan isə ittifaqda olduğu Rusiyaya daima yük və maniə oldu. İstər iqtisadi geriliyi ilə, istər erməni vətəndaşlarının son dönəmdə antirusiya meyli ilə, rusiyaya qarşı zaman-zaman etiraz tədbirləri ilə etibarlı bir tərəfdaş və müttəfiq olmadıqlarını sübuta yetirdilər. Rus hakim elitası artıq anlamağa başlayır ki, Azərbaycan kimi güclü dövlətlə dost olmaq daha məqsədə uyğundur nəinki Ermənistan kimi zəif və separat danışıqlara meyilli bir dövlət ilə. Azərbaycan kimi dövlət ilə Rusiyanın strateji planda dostluğu regiona əbədi sülh və əməkdaşlıq gətirəcək, regionda inteqrasiya prosesləri tez gedəcək, böyük iqtisadi layihələrə birgə imza atılacaqdır. Snaksiyalardan əziyyət çəkən Rusiya iqtisadiyyatı üçün Qafqaz ikinci bir nəfəs olacaq. Hazırda Rusiya və Türkiyə yaxınlaşmasın hiss edən erməni diasporası və Ermənistan daxilindəki bəzi qüvvələr yenə Rusiyaya qarşı çıxmağa başlamış və yenə separatist meyillər göstərir.
Rusiyanın çətin beynəlxalq durumunda bunu etmək məncə elə separatist-daşnak xislətinə yaraşan haldır. Öz qonşusuna belə yanaşan ermənilərdən hansı tərəfdaşlığı gözləmək olar!? əlbəttə ki, heç bir.
Zamanın mənfi çağırışlarına qalib gəlmək üçün qafqazlarda Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlığını genişləndirib inkişaf elətdirmək və əsas strateji hədəfləri birgə müəyyən etmək lazımdır. Strateji hədəfləri müəyyən etməmişdən öncə bir neçə məsələni taktiki planda həll etmək lazımdır. Bunlar ilk və ən əhəmiyyətlisi Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsidir. Bundan sonra isə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasıdır. Sonuncu isə regionda vahid enerji və iqtisadi layihələrin icrasına başlanmasıdır.
Rusiyanın öz iqtisadi rifahı və siyasi maraqları üçün Cənubi qafqazda öz strateji partnyorlarına yenidən nəzərdən keçirməlidir. Məncə Azərbaycan ən uğurlu seçimdir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=72133

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930