ANS-in siyasi namərdliyi:bir süjet aranı qatdı

05.12.2014 - 02:49

 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə üzv olduğu Müsavat partiyası arasında narazılıq yaşanıb. Müsavat başqanının müavini Osman
Kazımovun  sosial şəbəkədə “”Yeni Müsavat”la  AXCP arasında baş
verənlərin Müsavat partiyasına aidiyyatı yoxdur ” deməsi baş redaktorun
etirazına səbəb olub. Uzun illər boyu Müsavat partiyasını müdafiə edən
“Yeni Müsavat” qəzetinin baş redaktorunun facebookı statusunu məlum videosüjetlə birgə diqqətinizə çatdırırıq: “ANS mənə növbəti pisliyini, özünün növbəti namərdliyini yapdı. İki
gün yalvar-yaxış, müsahibə aldılar. Sonra da bir qəzetə qarşı bir
partiya liderinin mənəvi terror kampaniyasını AXCP-Müsavat davası kimi
qələmə verdilər. Müsahibə götürdükləri Yeni Müsavatın baş redaktoru,
çəkdikləri qəzet və jurnalistlər, lakin təqdimat partiya davası… 

Bunca absurd olarmı? Danışdığımın da 95 faizi kəsildi, əvəzində ƏIi
Kərimlinin Müsavat üzrə müavini Fuad Qəhrəmanlıya söydürdülər bizi…
Bəzi Müsavat üzvləri də, hətta rəhbərliyə aid olanlar, Feysdə
kürəyimizdən xəncərləməkdə. Həm də artıq neçənci dəfə. Böyük Yurdçu
Osman Kazımov Əli Kərimliyə diferambalar oxuyur. Bir başqası bizi körpü
adlandırır…

 

AXCP ilə müttəfiqmişlər, xəbərimiz yox! Tamam qardaşlar, inşallah,
gələn həftə qəzetdə çalışan müsavatçılar olaraq bu partiyada
qalıb-qalmamaq məsələsini müzakirə edərik. Rahat olun. Müsavat
rəhbərliyi bizi Əli Kərimli ilə öz aralarında hesab edirlərsə, biz
çəkilərik…”

Haqqında söz gedən süjetin videosu:

 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=14177

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930