ABŞ diasporumuzdan hakimiyyətə ittihamlar

04.01.2014 - 03:27

Bakı rəsmilərinin ABŞ-da tutduqları bəzi şəxslər, o cümlədən oliqarxın oğlu Vaşinqtonda ciddi qəbul
edilmir

Azərbaycan dövlət məmurları H.Əliyevin dövründə olduğu kimi demokratiyada maraqlı olduqlarını göstərməyə belə çalışmırlar

 

Amerika Azərbaycanlıları Təşkilatının (AZAD) sədr müavini Qorxmaz
Əsgərov hesab edir ki, hazırda Azərbaycanda dəyərlərin münaqişəsi
mövcuddur – bir qrup açıq-aşkar feodal sisteminə, digərləri bunun əksinə
can atır. “Bizimlə, bu yaxınlarda Zaur Həsənov məsələsində olduğu kimi, öz
xalqına qarşı hərəkət edənlər arasında ortaq nə var?”, deyə o, Turan-ın
Vaşinqton müxbirinə müsahibəsində Bakıda bu yaxınlarda Qarabağ əlilinin
əmlak hüquqlarının pozulmasına etiraz əlaməti olaraq özünü yandırmasına
istinadla bildirib.

Ayrı-ayrılıqda sistemə qarşı mübarizə aparan azərbaycanlılar ümumi
dəyərlər altında birləşməlidirlər. Azərbaycan hökuməti uzun müddətdir
xaricə gedən azərbaycanlıları öz nəzarəti altına almağa çalışır
(diaspora üzrə dövlət komitəsi və səfirliklər vasitəsilə). Lakin AZAD-ın
– Azərbaycanda demokratiyanın tərəfdarı olan bitərəf təşkilatın
fəaliyyət göstərdiyi Vaşinqtonda bu, mümkün olmur. Ötən il ərzində AZAD
ölkədəki problemin müzakirəsi üçün bir neçə tədbir keçirib. Öz
növbəsində, hökumətyönlü qruplar eyni vaxtda bir neçə görüş təşkil
edərək, hakim ailəni tərifləyib, mərhum Heydər Əliyevin irsini təbliğ
ediblər və s.

Bundan başqa, nəqliyyat naziri Ziya Məmmədovun oğlunun rəhbərlik etdiyi
Azərbaycan PR şirkətinin qrupu Xocalı qurbanlarını anım kampaniyasına
başlayıb.

Lakin Əsgərov hesab edir ki, hökumətyönlü kampaniyalar, nə qədər vəsait xərclənsə də, yerli auditoriyanın şüuruna təsir etmir. 

Məsələ ondadır ki, Bakı rəsmilərinin ABŞ-da tutduqları bəzi şəxslər və
onların emissarları, o cümlədən oliqarxın oğlu Vaşinqtonda ciddi qəbul
edilmir.

Oliqarxın oğlunun tədbirlərinə getmək və onunla şəkil çəkdirmək bu
oyunlarda iştirak edən Amerika siyasətçilərinin ciddi olduğunu
göstərmir.

Eyni zamanda, Azərbaycan hökumətinin Amerika paytaxtında təşkil etdiyi
tədbirlər iki məqsədə xidmət edir: pulların yuyulması və Azərbaycan
auditoriyası üçün təbliğat aksiyası.

Bakı nümayəndələri demək istəyirlər ki: bəli, bizdə korrupsiya var,
amma baxın, biz xaricə getməkdən və onların dövlət məmurlarını satın
almaqdan qorxmuruq. “Bu, zalımın öz qurbanına “heç biriniz əlimdən xilas
ola bilməzsiniz!” deməsi kimi bir şeydir”, deyə Əsgərov qeyd edib.

ABŞ-da Azərbaycanın imici və ikitərəfli münasibətlər haqqında danışan
Əsgərov qeyd edib ki, Amerika diplomatiyası üçün Bakının bu siyasətinə
qarşı durmaq getdikcə daha da çətinləşir.

Azərbaycan dövlət məmurları H.Əliyevin dövründə olduğu kimi demokratiyada maraqlı olduqlarını göstərməyə belə çalışmırlar. ABŞ-ın Bakıdakı səfiri həbs edilmiş gənc fəallarla bağlı narahatlıq
ifadə olunan bəyanatlar verdikdə, bu, ictimai tənqidə səbəb olur, çünki
ABŞ-ın bütün bu pozuntulara necə reaksiya verdiyi barədə suala cavab
yoxdur. Problem Azərbaycan cəmiyyətinin və demokratik fəallarının artıq qərb
diplomatiyasının “gəlin Azərbaycan hökumətinə səhvlərini düzəltmək üçün
şans verək” kimi arqumentlərini qəbul etməməsindədir, deyə Qorxmaz
Əsgərov fikrini tamamlayıb.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3154

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031