Bakı küçələrində fövqəladə hal
Şəhərin mərkəzini su basdı
Nizami küçəsində su borusu partladığından şəhərin mərkəzini su basıb.
Küçələri su basması üzündən piyadaların hərəkəti
üçün çətinliklər yaranıb.Küçə boyu əmələ gələn gölməçələr gediş-gəlişi
xeyli məhdudlaşdırıb.Mövzu ilə əlaqədar Səbail rayonu İcra Hakimiyyətinin Təsərrüfat
şöbəsinin müdiri Elman Yəhyayev bildirib ki, hal-hazırda problemin aradan
qaldırılması üçün müvafiq işlər görülür:
“Nizami küçəsində su borusu partlayıb, bizim
nümayəndə ora gedib, oradakı işlərlə tanış olub. Lakin Nizami küçəsi Nəsimi
rayonu ərazisinə aid olduğu üçün biz müdaxilə edə bilmirik. Hal-hazırda “Azərsu”nun
Nəsimi rayon üzrə olan nümayəndələri əlavə tədbirlər görərək problemi aradan
qaldırmağa çalışırlar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3624