Xalqı ilə savaşan hakimiyyət…

27.05.2015 - 01:15

Yalnız başını itirmiş, xalqına və özünə qənim olan, gələcəyini düşünə və görə bilməyən
hakimiyyətlər  öz xalqı ilə bu cür davrana
bilər

ilham6Son zamanlar elə gün olmur ki, ölkədə ciddi narazılıq elementlərini bildirən hansısa hadisə baş verməsin. Ya
kimlərinsə evlərini uçururlar, ya işdən kütləvi ixtisarlar həyata keçirilir, iş
yerləri bağlanır, ya kimlərdənsə əndazəni aşan rüşvət tələb olunur, ya da ki,
bilərəkdən kimlərsə incidilir. Bəzən bu incidilmələr o səviyyəyə çatdırılır ki,
insanlar canlarına qəsd etməli olurlar. Bir sözlə bütün sahələrdə insanları
çörəklə, iş yerləri ilə, evi, mülki ilə dara çəkirlər. Görünən odur ki, sanki
hakimiyyət daxilində hansısa gizli bir əl insanları incitməklıə insanları
incitməklə onlardan qisas alır, xalıq gərginliyə və qarşıdurmaya sövq edir…

Hakimiyyət- xalqa təhlükə mənbəyi…

Amma baş verənləri və ölkədəki
vəziyyəti diqqətlə izləyəndə aydın olur ki, xalqa divan tutan hakimiyyət
daxilində hər hansı gizli əl, qruplaşma, filan deyil. Xalqa qənim kəsilən, ona
təhlükə olan rejimin özüdür, onuin mahiyyətidir, varlığıdır. Çünki dinc
vətəndaşlara qarşı keçirilən qanunsuz hərəkətlər, cinayət hadisələri, onların
iş yerlərinin,  mülkinin əllərindən
alınması, partladılması, dağıdılması, korrupsiya halları hansısa məmur
səviyyəsində və ya lokal bir məkanda həyata keçirilmir. Bu hadisələr bütün ölkə
boyu bütün sadə vətəndaşlara qarşı həyata keçirilən qeyri- qanuni, qeyri-
insanı hərəkətlərin arxasında hakimiyyət özü dayanır. Məsələn, “Sovetski”
sakinlərinin evlərini bazar qiymətindən xeyli aşağı zorla onların əllərindən
almağa qalxmaq hər hansı məmur səviyyəsində deyil. Ən azından ona görə ki, orda
gəlir gətirməyən park salınması nəzərdə tutulur. Bizim məmurlar isə gəlir
gətirməyən yerə öldürsən də bir manat da yatırmaz. Onların əqidəsi, bazar
təfəkkürü buna imkan vermir. Onlarca belə misal göstərmək olar.

Rejimdən qaynaqlanan problemlər

Əslində vətəndaşların
narazılığı və etiraz aksiyası ilə baş verən digər hadisələr də ilk baxışdan hər
hansı məmur özbaşınalığı ilə bağlı görüntüsü yaratsa da yenə problemin
arxasında bütövlükdə hakimiyyət dayanır. Məsələn, metro stansiyalarından bir
müddət öncə qəzet- jurnal satışının ləğv edilməsinin arxasında nə qədər keşmiş
rəis Tağı Əhmədov dayanırdısa, son günlər minlərlə insanın iş yerlərinin
bağlanması gözlənilən eyni məkanda digər satış yerlərinin ləğv edilməsinin də
arxasında Bakı Metropolitenin yeni rəhbəri dayanır. Yəni əslində hər iki
problemin mənbəyi yerli məmurlar deyil, hakimiyyətin birbaşa özüdür. BDU- da
tələbə etirazlarının, dünən Qobustanda ağır tonnajlı maşınların sürücülərinin
yolları bağlayaraq etiraza qalxmasının, Qarabağ qazilərinin və digər
vətəndaşlarımızın ölkədə tuğyan edən haqsızlığa etiraz əlaməti olaraq canlarına
qəsd etmələrinin artxasında hansısa kiçik məmurlar yox, birbaşa hakimiyyətin
özü dayanır. Çünki bu problemlər hakimiyyətin yürütdüyü qanuna, xalqa, haqqa,
insanlığa zidd qisasçılıq, terror, anti bəşəri, korrupsioner siyasətindən
qaynaqlanır. Əliyev rejimi açıqdan-açığa öz xalqına savaş elan edib. Bu rejim
xalqın bütün təbəqələrini əhatə edən insanlara müharibə elan edib. Onlarla
savaşır. Yalnız başını itirmiş, xalqına və özünə qənim olan, gələcəyini düşünə
və görə bilməyən hakimiyyətlər  öz xalqı
ilə bu cür davrana bilər. Çünki neft- qaz gəlirlərindən ölkəyə böyük həcmdə
gəlirlərin daxil olduğu, vətəndaşları öz padişahlarına kifayət qədər hörmətcil
və itaətkar olduğu bizim kimi Şərq ölkələrində yalnız ağılsız hakimiyyətlər öz
xalqına qarşı bu cür qisasçı və zülmkar münasibət sərgiləyə bilər.

Köhnə dərdin təzə dərmanı

Əliyev rejiminin xalqa
sərgilədiyi münasibətdə maraqlı bir nüans ortaya çıxır. Kifayət qədər
problemlər məngənəsində boğulan vətəndaşlarımızın problemlərini mövcud
hakimiyyət çox maraqlı tərzdə “həll edir”. İnsan köhnə dərdlərini,
problemlərini həll etməmiş, unutmamış yenilərinə düçar edilir. Necə deyərlər
yaranan yeni problem əvvəlkini arxa plana keçirdir. Məşhur bir mahnıda
deyildiyi kimi; “Təzə dərdi köhnə dərdə dərman verdin”. Problemin bu cür
“həlli” Əliyev rejiminin bilərəkdən yürütdüyü siyasətdir. Xalq öz dərdləri ilə
baş- başa qalsın ki, onun yadına demokratiya, mitinq, azad seçkilər, dövlətin
idarə olunması və s. kimi məsələlər düşməsin və bu kimi işlərə vaxt ayıra
bilməsin. Evdən səhər tezdən yalnız bir arzu, istəklə çıxsın; ailəsinə,
uşaqlarına axşama kimi bir parça çörəyi necə qazana bilsin. Əliyev rejimi
düşünür ki, qarnı tox olan xalq ondan çox şey tələb edə bilər. Ona görə onu
mümkün qədər ac saxlamalıdır ki, o yalnız işə gedib- gəlməyə və çörək almağa
qəpik- quruş barədə düşünsün. Həmişə də başının üstündə dubinka və həbs qorxusu
olsun. Xalqa bu cür yanaşmanı dünyanın az saylı ən zalım, zülmkar, tiran
rejimləri öz vətəndaşlarına edir…

Tarixdən ibrət dərsləri

Yuxarıda qeyd etdiyimiz kimi
əlində geniş imkan, varidat olan, ölkənin bütün yeraltı və yerüstü sərvətlərini
(neft, qaz, qızıl, mis, alinum, dəmir filizi və s.) israfçılıqla istismar edib
satan, böyük kapital əldə edən Əliyevlər Azərbaycan xalqı kimi humanist,
qonaqpərvər xalqa qarşı haqq etmədiyi münasibəti sərgiləyir və hakimiyyəti
ağılla, düzgün idarə edə bilmir. Yəni bu imkanla xalqı rejimdən razı salan daha
yaxşı idarəetmə və münasibət forması seçmək olardı ki, insanlar da bu qədər
narazı olmazdı. Amma İlham Əliyev buna getmədi. O atasından da fərqli, xalqa
qarşı amansız, məmurlara qarşı isə ürəyi açıq, rəhimli münasibət göstərmək yolu
seçdi. Nəticədə xalqın ona qarşı etirazı artan xətt üzrə davam etməkdədir. Yeri
gəlmişkən dünyanın tanınmış, nüfuzlu Mançestr Universitetinin bu yaxınlarda
apardığı araşdırmada növbəti üsyanların, xalq inqilablarının  baş verəcəyi ölkələr içində Azərbaycanın da
adı var. Nə yazıq ki, Əliyev rejimi tarixdən ibrət dərsi götürüb yürütdüyü
xalqa zidd, qisasçılıq və talançılıq siyasətini durdurmur. Bu rejim anlamır ki,
onun bu gün topladığı milyardlar, ofşar zonalara yatırdığı yatırımlar, ölkədə
və xarici ölkələrdə aldığı dəbdəbəli villalar sabah xalq ayağa qaxanda onu
xilas etməyəcək. Elə İlham Əliyevi birinci tərk edib qaçanlar bu gün onun
sağında, solunda olub, xalqı “vur, öldür” deyənlər olacaq. Onda isə gec olacaq.
Necə ki, Çauşevski, Səddam Hüseyn, Hüsni Mübarək,  Qəddafi, Yanukoviç və digər diktatorlar öz
səhvlərindən nəticə çıxarmaq üçün gec qaldılar.

Nə qədər gec olsa da ziyanın
yarısından qayıdıb, xalqa zidd siyasəti dayandırmaq və dəyişmək lazımdır. Öz
xalqı ilə savaşan bütün rejimlər sonda məğlub olublar. Məğlub olmaq
istəmirsinizsə xalqa düşmən yox, dost olun. Xalq gec- tez öz sözünü deyəcək,
onda gec olacaq. Tarixdən və “gözü çıxarılmış qardaş”larınızdan ibrət dərsi
alın!rr

 Eldar Rəşidov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5405

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930