Əliyevlər lobbi axtarışında

05.02.2016 - 14:46
Təzyiqlərlə üz-üzə qalan iqtidar vəziyyətdən pul-para ilə çıxmağa çalışır

Azərbaycan hakimiyyəti xaricdə lobbi axtarışına çıxıb. Bu barədə
redaksiyamıza hakimiyyətdəki mənbə məlumat verib. Mənbə bildirib ki,
indi hakimiyyətin lobbi təşkilatlarına daha çox ehtiyacı var. Çünki
Azərbaycan geosiyasi oyunların episentrindədir və hakimiyyətin vəziyyəti
o qədər də ürəkaçan deyil.
Bir tərəfdən Rusiya təhlükəsi, digər
tərəfdən isə Qərbin demokratik çağırışları iqtidarı dalana dirəyib.
Mənbənin sözlərinə görə, Azərbaycan hakimiyyəti əvvəllər nurçuların,
daha dəqiqi gülənçilərin lobbi fəaliyyətindən yararlanıb: “Nurçuların
Qərbdə ciddi əlaqələri var. Hakimiyyət də çətin vəziyyətlərdə onların
yardımından istifadə edirdi. Ölkədə nurçulara geniş imkanları
yaradılması da bunun müqabilində edilirdi. Lakin Ərdoğan hökumətinin
Fətullah Gülənlə münasibətlərinin pozulması, Azərbaycan hakimiyyətinin
də bu prosesə cəlb olunmasına səbəb oldu. Nəticədə Ərdoğanın tələbilə
Azərbaycanda nurçulara qarşı təzyiqlər başladı. Onların hökumətdəki
adamları “vuruldu”, ən yaxşı halda dişsiz vəziyyətə salındı. Lakin
Ərdoğan bununla kifayətlənmədi. Azərbaycan hökumətindən nurçu
məktəblərin bağlanması tələb edildi. Iqtidarın da bu tələbi yerinə
yetirməkdən başqa çarəsi qalmadı. Nurçu məktəblərinin bağlanması isə
Azərbaycan hakimiyyəti ilə bu şəbəkənin münasibətlərinə sarsıdıcı zərbə
vurdu. Hakimiyyət faktiki olaraq xaricdə nurçuların yardımından məhrum
oldu. Bu baxımdan indi yeni şəbəkələrlə, lobbi təşkilatlarla əlaqələr
qurulmasına cəhd edilir, bu işdə onlara yardımçı ola biləcək simalar
axtarılır.  Lakin hələki axtarışların nəticə verməyib”.

Ruhin Şərifov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=9342

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930