Ermənistanın milyarder müxalifət lideri Rusiyaya sığındı

03.07.2020 - 15:56

“Birmənalı şəkildə bəyan edirəm ki, Ermənistanda ən böyük müxalifətçi siyasi qüvvənin – “Çiçəklənən Ermənistan” partiyasının lideri, bir vətəndaş olaraq ölkəmizdə anti-Rusiya düşüncələrini formalaşdırmağa yönəlmiş təxribatların qarşısını almaq üçün əlimdən gələni edəcəyəm”.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, iş adamı Qaqik Tsarukyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, son zamanlar Ermənistanda anti-Rusiya və anti-dövlət qüvvələrinin fəal səyləri ilə ölkədə anti-Rusiya əhval-ruhiyyəsinin süni şəkildə kəskinləşməsi baş verir.

“Bu qüvvələrin son məqsədi xalqlarımız arasındakı dostluq əlaqələrini pozmaqdır. Nümunə olaraq qeyd etmək lazımdır ki, 102-ci hərbi bazanın ölkəmizdən çıxarılmasına səbəb olacaq Rusiya ilə hərbi müqaviləyə yenidən baxılmasının zəruriliyi barədə tezis erməni cəmiyyətinə bilərəkdən təqdim olunur.

Düşünürəm ki, bu, təkcə Türkiyənin və Azərbaycanın arzusu deyil, eyni zamanda bütün bölgədə onsuz da kövrək bir vəziyyətin alovlanmasına münbit zəmin yaradan amildir.

Əminəm ki, Ermənistanın inkişafı, ölkəmizin təhlükəsizliyini, müstəqilliyini möhkəmləndirmək üçün Rusiya ilə münasibətlərimizi həm ikitərəfli, həm də MDB, Avrasiya İqtisadi İttifaqı, KTMT çərçivəsində gücləndirməliyik”, – deyə partiya lideri vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149218

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930